Fransızlar üçün Azərbaycan dili

 

ParisinHarmattannəşriyyatı Azərbaycan alimi, AMEA-nın müxbir üzvü Kamal Abdullanın fransız alimi Mişel Malerb ilə birgə yazdığıGəlin azərbaycanca danışaq. Dil mədəniyyətadlı kitabını nəşr etmişdir.
Bu, K.Abdullanın Parisdə çap edilmiş ikinci kitabıdır. Azərbaycanın, onun mədəniyyətinin dilinin xaricdə təbliğ edilməsinə layiqli töhfə olan bu nəşrin özəlliyi ondadır ki, o, təkcə Azərbaycan dili üzrə deyil, bütövlükdə ölkəmiz, onun tarixi, ədəbiyyatı mədəniyyəti üzrə bir növbələdçidir. Zövqlə illüstrasiya edilmiş kitab müasir Azərbaycanın həyatı haqqında, o cümlədən onun ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər əyani təsəvvür yaradır.
Azərbaycanın siyasi xəritəsi ölkəmiz haqqında qısa məlumatla başlanan kitabda respublikamızın dövlət rəmzləri, Azərbaycanın dövlət himninin Azərbaycan fransız dillərində mətni verilmişdir.
Fransalı tələbələr (o cümlədən, kitabın müəllifinin rəhbərlik etdiyi Bakı Slavyan Universitetinin sıx əməkdaşlıq etdiyi Azərbaycan dilinin tədris edildiyi İNALKO - Şərq Dilləri Sivilizasiyaları İnstitutunun tələbələri) Azərbaycan dili ilə, bizim zəngin tariximiz mədəniyyətimizlə maraqlanan oxucular üçün nəzərdə tutulmuş kitaba zəngin coğrafi, kulturoloji filoloji informasiya ilə yanaşı, praktiki xarakter daşıyan zəngin dil materialı, fransızca-azərbaycanca azərbaycanca-fransızca danışıq kitabçası lüğət daxildir.


Xalq qəzeti.- 2008.- 27 may.- S. 7.