“Heydər Əliyev və İçərişəhər
fotoalbomu təqdim edilmişdir”
AzərTAc xəbər
verir ki, mayın 8-də "Muğam" Teatrında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə "Heydər
Əliyev və İçərişəhər" fotoalbomunun təqdimat mərasimi keçirilmişdir.
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov tədbiri açaraq bildirmişdir ki, adı tarixin səhifələrinə
qızıl hərflərlə
yazılmış Heydər
Əliyev Azərbaycanı
sürətli inkişaf
yoluna çıxardığı
kimi, onun maddi mədəniyyət irsinin, memarlıq abidələrinin qorunması
və bərpası sahəsində də çox böyük işlər görmüşdür.
Azərbaycanda bir çox qədim memarlıq abidələri
ümummilli liderin diqqət və qayğısı sayəsində
təmir və bərpa edilmiş, xeyli yeni memarlıq
abidələri yaradılmışdır.
Hamımız yaxşı bilirik
ki, ümummilli liderin vaxtilə imzaladığı müvafiq
sərəncamlar qədim
abidələrin, o cümlədən açıq
havada muzeyin, dünya mədəniyyətinin
bir hissəsi sayılan İçərişəhərin
mühafizəsinin maddi
və hüquqi təminatıdır. Bizim
qəlbimiz tarixi abidələrin qorunmasına
daim qayğı ilə yanaşan Heydər Əliyevə sonsuz minnətdarlıq hissi ilə doludur. Ümummilli lider mədəniyyətimizin,
memarlığımızın humayədarı olmuşdur.
Müdrik siyasi xadimin uzaqgörən siyasətinin nəticəsidir
ki, artıq İçərişəhər YUNESKO-nun dünya mədəniyyəti irsi siyahısına daxil edilmişdir. Bütün bu məsələlər
barədə təqdimatına
toplaşdığımız fotoalbomda geniş bəhs olunmuşdur.
İçərişəhərin qədim memarlıq abidələrinin birində
yerləşən Miniatür
Kitab Muzeyinin direktoru Zərifə Salahova da fotoalbomun
əhəmiyyətini qeyd
etmiş və xatirələrini bölüşərək,
1993-cü il oktyabrın
10-da keçirilən andiçmə
mərasimini xatırlamışdır.
O zaman Heydər Əliyev böyük proqram nitqi ilə
çıxış etmişdi.
Onun andiçmə mərasimindəki nitqini miniatür kitab şəklində nəşr
etdirmək ideyası da o zaman
yaranmışdır. Z.Salahova
demişdir: - Mən Moskvanın
5 nömrəli nəşriyyatında
Azərbaycan, ingilis və rus dillərində
"Heydər Əliyevin
andiçmə mərasimində
nitqi" miniatür
(38x53 mm) kitabını
sifariş verdim.
1995-ci il iyunun 3-də M.F.Axundov adına kitabxanada bu nəşrin təqdimat mərasimi keçirildi.
"Heydər Əliyev və İçərişəhər" fotoalbomunun təqdimat mərasimində AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Məşədixanım
Neymətova, Milli Təhlükəsizlik Nazirliyinin
nümayəndəsi Fərhad
Vahabov, Nazirlər Kabinetinin təmsilçisi
İsmayıl Sadıqov
və başqaları
iştirak etmişlər.
Azərbaycan.- 2008.- 10 may.- S. 16.