Heydər Əliyev mədəniyyət adlı 3 cildlik toplunun təqdimatı olmuşdur

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və mədəniyyət" adlı 3 cildlik toplunun təqdimat mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları mərasimdən əvvəl ulu öndər Heydər Əliyevin mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri ilə görüşünü bu sahələrdə keçirilən tədbirlərdə iştirakını göstərən fotovernisaja tamaşa etmişlər.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev nazirliyin layihəsi olan 3 cildliyin hazırlanması prosesindən danışmışdır. Bildirmişdir ki, topluda Heydər Əliyevin hakimiyyətdə olduğu bütün illərdə ölkəmizdə mədəniyyətin inkişafına bu sahədə çalışanlara diqqət qayğısını özündə əks etdirən materiallar - nitq çıxışları, tövsiyələri, görüşlər barədə hesabatlar toplanmışdır.
Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, rejissor Azərpaşa Nemətov, xalq artisti, tarzən Ramiz Quliyev mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevlə görüşləri barədə xatirələrini bölüşmüşlər. Belə bir ümumi fikir vurğulanmışdır ki, biz illər ötdükcə Heydər Əliyevin böyüklüyünü dahiliyini daha dərindən dərk edəcəyik.

 

Azərbaycan.- 2008.- 9 may.- S. 11.