Hüseynoğlu S.

 

İmişli: Ümummilli liderin adına və şəxsiyyətinə böyük məhəbbət hissi ilə

 

Qədirbilən xalqımız öz dahi oğlunun, tarixin az-az yetişdirdiyi şəxsiyyətlərdən olan Heydər Əliyevin anadan olmasının 85 illik yubileyini ürəklərdə fərəh və sonsuz sevgi ilə, sözün əsl mənasında, bayram əhval-ruhiyyəsi ilə qeyd edir. Aradan neçə gün keçməsinə baxmayaraq, hər yerdə bayram coşğusu hələ də yaşanır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi İmişli rayonunda da böyük təntənə ilə qeyd olundu. Yubiley tədbirləri, demək olar ki, aprel ayının ortalarından başladı, kitabxanalarda, Heydər Əliyev muzeyində ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sərgilər, guşələr, fotostendlər təşkil olundu, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda söhbətlər keçirildi.
Mayın 2-də ümummilli liderin 85 illik yubileyinə həsr olunmuş kitab bayramı öz rəngarəngliyi ilə xüsusilə seçilirdi. Çünki, ulu öndər bütün həyatı boyu kitaba, elmə və ziyalıya xüsusi diqqət və qayğı ilə yanaşmış və işıqlı gələcəyə aparan yolun məhz bunlardan keçdiyini dəfələrlə qeyd etmişdir.
Mayın 9-da rayonun mədəniyyət müəssisələrində də yığıncaqlar və konsertlər təşkil olundu. Bunu da xüsusi qeyd etmək lazımdır ki, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə nümayiş etdirilən “Heydər Əliyev dünyaya pəncərə”, “Heydər Əliyev Vətənin keşiyində”, “Heydər Əliyev mədəniyyətin hamisi” filmlərini tamaşaçılar maraqla izlədilər və bu dahi şəxsiyyətin həyatının bilinən və bilinməyən bir çox məqamları ilə daha yaxından tanış olmaq imkanı qazandılar.
Qeyd etmək lazımdır ki, bu filmlərin nümayişini rayon mədəniyyət və turizm idarəsi YAP-ın rayon təşkilatı, maliyyə və təhsil şöbələri ilə birlikdə həyata keçirirdi. Mayın 10-da Heydər Əliyev parkında yubileyə həsr olunmuş mahnı və şeir axşamı da öz orijinallığı ilə seçilirdi və maraqla qarşılandı. Həmin gün ümummilli liderin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə əklillər qoyuldu və əziz xatirəsi ehtiramla yad edildi.
Məlum olduğu kimi, İmişli rayonunun da inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Burada diqqətçəkən strateji əhəmiyyətli bütün müəssisələrin tikilməsində onun müstəsna xidməti olmuşdur. Ulu öndərin bilavasitə təşəbbüsü ilə respublikada analoqu olmayan “Şəkər zavodu”nun bu rayonda tikilməsini imişlililər böyük

 

Xalq qəzeti.- 2008.- 16 may.- S. 9