Hüseynli İ.

 

Novosibirskdə Heydər Əliyev günləri keçirilib

 

Rusiya Federasiyasının Novosibirsk şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə Azərbaycanın elm mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti iştirak etmişdir. Azərbaycan nümayəndə heyəti ilə Novosibrsk Vilayət Xalq Deputatları Şurasının sədri Aleksey Bespalikovun görüşündə keçmiş SSRİ-nin rəhbərlərindən biri olmuş Heydər Əliyevin Sibir regionunun inkişafındakı rolundan danışılmışdır.
Novosibirsk Mədəniyyət Sarayında keçirilən təntənəli yığıncaqda Naxçıvan Dövlət Universitetinin rektoru, akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli "Heydər Əliyevin dövlətçilik idealları müasir siyasi proseslər" mövzusunda məruzə ilə çıxış etmişdir. Novosibirsk qubernatorunun elm təhsil məsələləri üzrə müavini, professor Anatoli Sapocnikov, Vilayət Xalq Deputatları Şurasının sədri Aleksey Bespalikov başqaları çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin genişmiqyaslı fəaliyyətindən, unudulmaz xidmətlərindən bəhs etmiş, Azərbaycan-Rusiya əlaqələrinin müasir inkişaf səviyyəsindən söz açmışlar. Akademik İsa Həbibbəyli üzərində ümummilli lider Heydər Əliyevin təsviri olan xalçanı Novosibirsk Quberniyasının nümayəndəsinə təqdim etmişdir.
Novosibirsk Dövlət Texniki Universitetində "Heydər Əliyev: lider zaman" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Elmi konfransı giriş sözü ilə universitetin birinci prorektoru, professor Qennadi Rastoriev açmışdır. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli "Heydər Əliyev siyasi kursu müasir dövr", Rusiya Yazıçılar Birliyinin üzvü, professor Rudolf İvanov "Siyasi Büronun ən uzaqgörən üzvü", Rusiya-Almaniya Universitetinin rektoru, professor Viktor Kazlov "XXI əsrin lideri", fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev "Şəxsiyyət zaman", dosent Qərib Allahverdiyev "Zamanı qabaqlayan lider", Novosibirsk Texniki Universitetinin dosenti Yevgeni Vasilyevski "Heydər Əliyev fenomeni" mövzularında məruzələrlə çıxış etmişlər. Məruzələrdə görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı kəşməkəşli ömür mübarizə yolundan, Azərbaycan dövlətçiliyi sahəsindəki böyük xidmətlərindən, Rusiya dövlətinin taleyindəki rolundan, Siyasi Bürodakı fəaliyyətindən geniş söz açılmışdır. Məruzəçilər keçmiş sovet dövlətinin rəhbərlərindən biri kimi Heydər Əliyevin Sibir regionunun inkişafı sahəsindəki xidmətlərini, Baykal-Amur magistralının çəkilməsinə uğurla rəhbərlik etməsini, Altay Diyarının deputatı kimi göstərdiyi böyük köməyi dərin minnətdarlıq duyğuları ilə qeyd etmişlər. "Heydər Əliyev: lider zaman" mövzusunda elmi konfransın materiallarının Novosibirskdə Heydər Əliyev adına Beynəlxalq Forum tərəfindən nəşr edilməsi qərara alınmışdır.
Novosibirsk Mədəniyyət Sarayında görkəmli dövlət xadimi Heydər Əliyev haqqında Azərbaycanda Rusiyada çap olunmuş kitablardan ibarət təşkil olunmuş sərgi ulu öndərin həyatının ən müxtəlif məqamlarını, xüsusən Sibir regionu ilə əlaqədar anlarını əks etdirən fotosərgisi novosibirsklilər Azərbaycan diasporunun üzvləri tərəfindən maraqla qarşılanmışdır. Novosibirskdə "Heydər Əliyev günləri" Azərbaycan-Rusiya əlaqələrinin inkişafında maraqlı səhifəyə çevrilməklə yanaşı, ümummilli liderin dünya şöhrətinin növbəti təntənəsi olmuşdur.

Azərbaycan.- 2008.- 20 may.- S. 6.