Hüseyn T.

 

Ulu öndər Heydər Əliyev abidə-kompleksinin açılışı olmuşdur

 

Hacıqabul rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə şəhərin ən görməli yerində ümummilli liderin adını daşıyan abidə-kompleksi yaradılmışdır. 1.5 hektarlıq ərazini əhatə edən kompleksə Heydər Əliyevin abidəsi, ulu öndərin muzeyi, yaşıl qazonlar fəvvarələrlə yaraşıqlı görkəm alan istirahət parkı daxildir. Kompleksin tikintisinə rayondan respublikadan ən yaxşı ustalar dəvət olunmuşdu.

Mayın 10-da minlərlə rayon sakini dahi şəxsiyyətin anadan olmasının 85- ci ildönümü münasibətilə "Heydər Əliyev abidə-kompleksi"nin açılışında iştirak etdilər. Bir neçə dəqiqə ərzində ulu öndərin abidəsi önünə təzə çiçək dəstələri düzüldü. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edib ulu öndərin titanik həyat fəaliyyətindən danışdı, Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin regionlara, o cümlədən qədim ipək yolunun üzərində bərqərar olan Hacıqabul rayonuna göstərdiyi qayğı diqqətdən dərin minnətdarlıq hissi ilə söz açdı. İcra başçısı "Heydər Əliyev abidə- kompleksi"nin ərsəyə gəlməsində xüsusi əməyi olan insanlara razılığını bildirdi.

YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov, şair-dramaturq Miryusif  Mirnəsiroğlu, millət vəkili Rafael Hüseynov, Prezident Aparatının məsul işçisi Tahir Budaqov başqaları çıxış edib Azərbaycan xalqının tarixində Heydər Əliyevin misilsiz xidmətlərindən danışdılar, Hacıqabul rayonunda yaradılan "Heydər Əliyev abidə- kompleksi"nin ulu öndərin xatirəsinə layiqli töhfə olduğunu dedilər. Heydər Əliyev muzeyinə baxış keçirildi. Tədbir musiqi kollektivlərinin konserti Heydər Əliyev parkına gəzinti ilə davam etdirildi.

 

Respublika.- 2008.- 11 may.- S. 23.