Həmkarlar İttifaqı fəallarının bir qrupuna fəxri adın vəsiqələri medallar təqdim edilmişdir

 

Mayın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmuş həmkarlar ittifaqı fəallarının bir qrupuna fəxri adın vəsiqələrinin və medalların təqdimetmə mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən AHİK-nın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin, eləcə onun daxili xarici siyasət konsepsiyasının banisi olduğunu vurğulamışdır. Natiq qeyd etmişdir ki, ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk illərdən dövlətimizin xarici siyasət kursunu, prinsiplərini müəyyənləşdirmişdir.
Bildirilmişdir ki, məhz bu dövrdə Azərbaycan Həmkarlar İttifaqları da öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Respublikamızı dərin sosial-iqtisadi siyasi böhrandan çıxaran ümummilli lider Heydər Əliyev həmkarlar ittifaqları təşkilatlarını müxtəlif siyasi qüvvələrin təsirindən qoruyaraq, bu quruma öz missiyasını yerinə yetirmək üçün hərtərəfli şərait yaratmış, onun uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısını almışdır.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul olunmuş "Həmkarlar ittifaqları haqqında" qanun həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının daha mütəşəkkil qorunması, onların sosial digər problemlərinin həlli üçün möhkəm
hüquqi baza yaratmışdır.
Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verdiyi dəstək onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi üçün geniş imkanlar açmışdır. AHİK indiyədək 29 ölkənin 34 həmkarlar ittifaqı təşkilatı ilə birbaşa əlaqələr yaratmış, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi 168 mərkəz ilə fəaliyyətini əlaqələndirmişdir.
Ulu öndər Heydər Əliyevin həmkarlar ittifaqlarına olan doğma münasibəti onun siyasi xəttinin sadiq davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. AHİK-nın təkliflərinin hökumət tərəfindən daim müdafiə olunması bunun bariz nümunəsidir.
Bütün bunlarla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 100 illiyi, təşkilatın III qurultayı ərəfəsində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaradılmasının 40 illiyi münasibətilə Prezident İlham Əliyevin 2008-ci il 4 fevral tarixli sərəncamları ilə AHİK-nın 16 əməkdaşı "Tərəqqi" medalı ilə təltif olunmuş, 4 əməkdaşı isə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
Mərasimdə birmənalı şəkildə bəyan edilmişdir ki, Prezident İlham Əliyevin siyasi xətti bundan sonra da dəstəklənəcəkdir. Bildirilmişdir ki, xalq, eləcə onun ayrılmaz tərkib hissəsi olan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri qarşıdan gələn prezident seçkilərində ulu öndər Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı İlham Əliyevə böyük inamla səs verəcəklər.
Sonda "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adının vəsiqələri, "Tərəqqi" "AHİK-nın 15 illiyi" medalları sahiblərinə təqdim edilmişdir.
Mərasimdə Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev iştirak etmişdir.

 

Azərbaycan.- 2008.- 15 may.- S. 5.