İlyasoğlu R.
"Vətən oğlu"
Lətif Kərimov
adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət muzeyində ümummilli lider
Heydər Əliyevin 85 illiyinə həsr edilmiş
"Vətən oğlu" adlı tədbir keçirildi.
Tədbirdə Respublika Gənc Turistlər və
Diyarşünaslıq Mərkəzinin
əməkdaşları, H.Aslanov adına Mərkəzi
Zabitlər Evinin bir qrup şəxsi heyəti, Nərimanov rayon
36 və 1 saylı məktəbin şagirdləri, muzey
işçiləri, kütləvi informasiya vasitələri
nümayəndələri, şair və yazıçılar
iştirak edirdilər.
Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
muzeyinin kütləvi işlər şöbəsinin
müdiri Aygün Abbasova vurğuladı ki, artıq
Şuşanın işğalından 16 il keçir.
Qarabağın incisi sayılan Şuşanın erməni işğalçıları
tərəfindən zəbt edildiyi gündür. Ümummilli
lider Heydər Əliyev kursunun layiqli davamçısı
cənab Prezident İlham Əliyevin bugünkü fəaliyyəti
qələbəyə əminlik verir. Bu tədbirin
keçirilməsində məqsəd böyüməkdə
olan gənc nəslin təlim-tərbiyəsində və
formalaşmasında vətənpərvərlik hisslərini
daha da gücləndirməkdir. Gələcəyimiz sayılan
uşaqlara aşılamaq lazımdır ki, Azərbaycan
xalqı tarix boyu çox dahi şəxsiyyətlər
yetişdirib. Belə şəxsiyyətlərdən biri
də Heydər Əliyevdir. Heydər Əliyev şəxsiyyətinin
səciyyəvi cəhətlərindən biri də onun elm
və mədəniyyətimizə geniş ürəklə
qayğı göstərməsi idi. Onun səpdiyi sülh
toxumları Azərbaycan xalqının qəlbində
bitərək yüksək vətənpərvərlik hissiyyatı
oyadır.
Respublika Gənc
Turistlər və Diyarşünaslıq Mərkəzinin
direktoru Alik Məmmədov, M.S.Ordubadi adına Xatirə
Muzeyinin direktoru Lalə Abaszadə, Respublika Gənc
Turistlər və Diyarşünaslıq Mərkəzinin
dərnək rəhbəri, eyni zamanda bu tədbirin
təşkilatçısı Aygün Zamanlı və bu
sətirlərin müəllifi çıxış
edərək qeyd etdilər ki, xalqa arxalanmaq, dəstək olmaq
və etimadına güvənmək ümummilli liderimizin
siyasətinin başlıca cəhəti olmuşdur. Heydər
Əliyev hər zaman xalqla bir olub.
Azərbaycan xalqı
1993-cü ilin böhranlı dövründə,
vətəndaş müharibəsi təhlükəsi ilə
qarşı-qarşıya durduğu vaxtda üzünü dahi
rəhbərə tutdu və onun müdrikliyinə inandı.
Ulu öndər xalqın etimadını şərəflə
doğrultdu, Azərbaycanı xaosdan, parçalanmaq
təhlükəsindən qorudu. Nərimanov rayon 36 saylı
məktəbin şagirdləri dahi şəxsiyyətə
həsr olunmuş görkəmli şairlərimizin
şeirlərini söylədilər. Onlar eyni zamanda
dünyanın tanınmış dövlət xadimlərinin
Heydər Əliyev şəxsiyyətinə dediyi müdrik
sözləri söyləməklə tədbir iştirakçılarında
xoş ovqat yaratdılar.
Respublika.- 2008.- 10 may.- S. 21.