Kaliforniyada Azərbaycan musiqisi

 

May ayının 13- Kaliforniya ştatının Oay (Ojai) şəhərində Azərbaycan musiqiçilərinin Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş turnesi çərçivəsində konsert keçirilib.
   Verilən məlumatda deyilir ki, solistlər Babək Niftəliyev, Vəfa Orucova Xalid Quliyevin, tar çalan Ələkbərovun, kamançaçı Elşən Mansurovun ifasında səslənən muğamlar tamaşaçılarda xüsusi maraq yaradıb.

Qeyd edək ki, Oay şəhəri ABŞ-ın ruhani təriqətlərinin mərkəzlərindən biri sayılan Santa-Barbaranın yaxınlığında yerləşir. Bu şəhərdə əsasən Amerikanın sufi təriqətliləri yaşayır. Azərbaycan musiqisində məhz ruhla bağlı elementlər tamaşaçılarda zəngin təəssürat yaradıb. Qonaqlar qarşısında çıxış edən baş konsul Emin Süleymanov Heydər Əliyevin Azərbaycanda tolerantlıq ənənələrinə verdiyi töhfələr yaxın günlərdlə 90 illiyi keçiriləcək Azərbaycan Demokratik Respublikasının tarixi əhəmiyyətindən danışıb. Həmin gün şəhərdə Heydər Əliyevin yubileyi şərəfinə qəbul da keçirilib. Qeyd etmək lazımdır ki, Azərbaycan musiqiçilərinin Kaliforniyada çıxışı ölkəmizin Los-Ancelesdəki baş konsulluğu tərəfindən Aytel "Bilal" MTK şirkətlərinin dəstəyi ilə keçirilib

 

Ədalət.- 2008.- 17 may.- S. 24.