Azərbaycanın
Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, mayın 9-da Kanadanın Niagara-on-the-Lake
şəhərində Ümumdünya Bəşəri
İrs üzrə Heydər Əliyev Beynəlxalq
Mərkəzinin və ümummilli liderin heykəltəraş
Ömər Eldarov tərəfindən hazırlanmış
büstünün açılışı olmuşdur. Heydər Əliyev Mərkəzində
rəssam Tahir Salahovun çəkdiyi H.Əliyevin portreti və digər incəsənət əsərləri
də nümayiş etdirilmişdir.
Bu münasibətlə keçirilən
mərasimdə Azərbaycanın
bu olkədəki müvəqqəti işlər
vəkili F.Şəfiyev,
Niagara-on-the-Lake şəhərinin
meri Gary Burroughs, Niagara Beynəlxalq Musiqi Festivalının bədii
direktoru Atis Bankas və Kanada Azərbaycan Assosiasiyaları Assambleyası
adından İlham Axundov çıxış
etmişlər.
Natiqlər Heydər Əliyevin beynəlxalq aləmdə XX əsrin ən tanınmış siyasi simalarından biri olduğunu vurğulamışlar. Qeyd
edilmişdir ki, o, Şərq və Qərb sivilizasiyalarının dialoqunda
mədəniyyət və
musiqinin böyük rol oynadığını
duyaraq bu sahədə də mühüm xidmətlər
göstərmişdir.
Sonra Toronto "İpək Yolu" kamera musiqisi orkestrinin bədii direktoru və dirijoru İsmayıl Hacıyevin rəhbərlik
etdiyi kvartet Azərbaycan klassiklərindən
Qara Qarayev və Fikrət Əmirovun əsərlərini
ifa etmişdir.
Rəsmi açılış
və bədii hissədən sonra iştirakçılara səfirlik
tərəfindən ziyafət
verilmişdir.
Heydər Əliyevin 85 illik
yubileyinin qeyd edilməsinin davamı olaraq mayın 11-də Toronto şəhərində Ontario
Elm Mərkəzində
Toronto "İpək
Yolu" kamera musiqisi orkestrinin və "Təbriz" rəqs qrupunun ifasında Azərbaycan klassik musiqisi və rəqslərindən
ibarət konsert keçiriləcəkdir.
Azərbaycan.- 2008.- 11 may.- S. 9.