Kəngərli Q.
Azərbaycanın
Qırğızıstandakı səfirliyində Heydər
Əliyev
guşəsinin və
ulu öndərin büstünün açılışı
olmuşdur
Azərbaycanın
Qırğızıstandakı səfirliyində ümummilli
liderin anadan olmasının 85 illiyi ilə əlaqədar
Heydər Əliyev guşəsinin və ulu öndərin
büstünün açılış mərasimi
keçirilmişıdir.
Mərasimdə
Azərbaycan Milli Məclisinin deputatları Nizami Cəfərov,
Gülər Əhmədova, Dünya Azərbaycanlıları
Konqresi Azərbaycan nümayəndəliyinin
başçısı İsmayıl Ağayev, professor Vaqif
Arzumanlı, professor Aqil Hacıyev, dünya şöhrətli
qırğız yazıçısı Çingiz Aytmatov,
Qırğızıstanda fəaliyyət göstərən
xarici ölkə səfirləri, Azərbaycan diasporunun
təmsilçiləri iştirak etmişlər.
Mərasimi
Azərbaycanın Qırğızıstandakı səfiri
Arif Ağayev açaraq, ulu öndərin ölkəmizin tarixindəki
müstəsna rolundan danışmış, səfirlikdə
Heydər Əliyev guşəsinin və büstünün
açılışından qürur duyduğunu
bildirmişdir.
Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səsləndikdən sonra büstün üzərindən ağ pərdə götürülmüşdür.
Səfirliklər, həmçinin Bişkekdəki "Azəri" Azərbaycan Mədəniyyət Mərkəzi adından abidənin qarşısına əklillər və çiçək dəstələri qoyulmuşdur.
Nizami Cəfərov öz çıxışında demişdir ki, Heydər Əliyev Azərbaycanın müasir tarixini və dövlətçiliyini yaradan siyasətçidir. Ölkəmizin tarixində hələ belə bir şəxsiyyət olmayıb. Heydər Əliyev həmişə qələbə qazanan siyasətçi olmuşdur.
Çingiz Aytmatov bu yaxınlarda Bakıda olmasından, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsindən, orada 80 illik yubileyinin yüksək səviyyədə keçirilməsindən danışmış, ona bu ölkədə böyük hörmət və ehtiram göstərildiyini bildirmiş, Heydər Əliyevlə dostluğunu yada salmışdır. Ç.Aytmatov demişdir ki, Atatürk Türkiyə üçün kim olmuşdursa, Heydər Əliyev də Azərbaycan üçün o səviyyəli bir şəxsiyyətdir.
Türkiyənin Qırğızıstandakı
səfiri xanım Serpil Alpman, Rusiya Federasiyası səfirliyinin birinci katibi Vitali Skrinnik,
"Azəri" Azərbaycan
Mədəniyyət Mərkəzi
sədrinin müavini Əsəd Həsənov və başqaları öz çıxışlarında
Heydər Əliyevi dünya şöhrətli
siyasi xadim kimi xarakterizə etmiş, onu keçmiş SSRİ-nin ən nüfuzli şəxsiyyətlərindən
biri adlandırmışlar.
Respublika.- 2008.- 8 may.- S. 9.