Quliyeva Z.

 

Tükənməyən məhəbbətin ifadəsi

 

Son günlərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə ardıcıl tədbirlər keçirilir. Universitetin yaradıcılıq həyatına əlavə bir vüsət, qaynarlıq gəlib. Bir-birini izləyən tədbirlər sırasında Musiqi sənəti fakültəsinin "Türksoy xalqlarının müsiqi mədəniyyətinin tətbiqi problemləri" həsr edilən elmi-praktiki konfransı, Bədən tərbiyəsi kafedrasının dalbadal keçirdiyi idman yarışlarını, Aktyor sənəti fakültəsinin iki ay müddətdə tələbələr arasında böyük uğurla davam edən "Bədii qiraət" müsabiqəsini, Rəssamlıq fakültəsi tələbələrinin ulu öndərə ithaf etdikləri sərgidə göstərilən plakat, xalça, yağlı boya janrındakı işlərini, Kinooperator kafedrasının təşkil etdiyi sərgidə nümayiş olunan tələbə-operatorların fotokompozisiyalarını bu tədbirlərin bəzəyi hesab etmək olar. Tədbirlərdə təkcə ADMİU-nun tələbə müəllimləri deyil, eləcə çoxlu sayda ictimaiyyət nümayəndələri iştirak etmiş, qalib tələbələr mükafatlandırılmış, ulu öndərin həyatı, mədəniyyətimizə unudulmaz xidmətləri barədə dəyərli fikirlər səslənmiş, xatirələr dinlənilmişdir. Ən önəmli odur ki, bu tədbirlər kampaniya xarakteri daşımır, müəllimlərin auditoriyalarda söylədiyi mühazirələrdə, seminar praktik məşğələlərdə davam etdirilir, tələbələrin imtahan biletlərində əks olunur.

Azərbaycan
.- 2008.- 9 may.- S. 12.