Los-Ancelesdə üzərində Heydər Əliyevin portreti olan marka buraxılmışdır

 

Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğundan AzərTAc-a bildirmişlər ki, burada üzərində böyük siyasət və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin portreti olan silsilə poçt markaları buraxılmışdır.
ABŞ ərazisində poçt xidmətlərinin ödənilməsi vasitəsi olan marka yəhudi icmasının təşəbbüsü və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə buraxılmışdır.

 

Azərbaycan.- 2008.- 6 may.- S. 9.