Mərdəkanda Heydər Əliyev Parkının açılışı oldu

 

Mərdəkan qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Parkının dünən təntənəli açılışı olmuşdur. Rayon icra hakimiyyətinin binası qarşısında milli memarlıq üslubunda qara qırmızı mərmərlə işlənmiş geniş bir ərazinin tən ortasında ümummilli liderimiz Heydər Əliyevin abidəsi ucaldılmışdır. Açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov, “Azal Hava YollarıQSC-nin prezidenti Cahangir Əsgərov, Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmışƏzizbəyov Rayonu İnkişaf Fondunun icraçı direktoru İlqar Mustafayev başqaları iştirak etmişlər. Abidənin açılışını bildirən lenti Əzizbəyov Rayon İcra Haki- miyyəti başçısı Gülağa İslamov kəsdi. Abidənin önünə gül-çiçək dəstələri düzüldü.
Sonra rayon ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər. Axşam isə Heydər Əliyev Parkında bayram konserti oldu.

Xalq qəzeti
.- 2008.- 11 may.- S. 15.