Milli Parkda möhtəşəm bayram konserti atəşfəşanlıq

 

Ümummilli liderimiz Heydər Əliyevin doğum günü şərəfinə Bakı Şəhəri İcra Hakimiyyəti mayın 10-da Milli Parkda möhtəşəm bayram konserti atəşfəşanlıq təşkil etmişdir.
fontanın qarşısında on minlərlə insan respublikamızın tanınmış incəsənət ustalarının ifasında şux mahnılar dinləmiş, gözəl rəqslərə tamaşa etdikdən sonra, eyni vaxtda Bakının 25-dən çox müxtəlif nöqtəsində 30 dəqiqəyədək möhtəşəm atəşfəşanlıq şəhərimizin bahar səmasını əlvan rənglərə boyamışdır.
Almaniya, İtaliya ABŞ-dan gətirilən kompyuterlə idarə olunan avadanlığın yaydığı rəngarəng işıqlar 15 kilometr radiusda Bakı səmasını çıraqbana döndərmişdir.

Xalq qəzeti.- 2008.- 11 may.- S. 3.