Musaoğlu İ.

 

ZaqataladaKitab bayramı

 

Aprelin 28-də Zaqatala rayonunun Dədə Qorqud meydanında ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş ümumrayon “Kitab bayramı” keçirilmişdir. “Kitab bayramı”nda ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş kitab sərgisi və digər əl işlərindən ibarət sərgi, məktəblilərin ümummilli liderimizə həsr olunmuş şeir kompozisiyaları nümayiş etdirilmiş, rayon incəsənət ustalarının konsert proqramı təşkil olunmuşdur.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti dövründə kitabxanalara yüksək qiymət verildiyini, bu bayramın məqsədinin Heydər Əliyev irsinin və rayon kitabxanaları fondunun təbliğ edilməsindən ibarət olduğunu qeyd etmişdir. O toplantı iştirakçılarını böyük şəxsiyyət, görkəmli alim, məşhur oftalmoloq Zərifə xanım Əliyevanın doğum günü və ulu öndərin 85 illik yubileyinə həsr edilmiş “Kitab bayramı” münasibəti ilə təbrik etmişdir.

 

Xalq qəzeti.- 2008.- 1 may.- S. 10.