Naxçıvanda ulu öndərin 85 illik yubileyi qeyd olunub
AzərTAc xəbər
verir ki, Naxçıvanda ulu öndər Heydər Əliyevin
85 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
İştirakçılar
əvvəlcə xalqımızın ümummilli lideri,
müstəqil Azərbaycan dövlətinin qurucusu və
memarı, görkəmli dövlət xadimi Heydər
Əliyevin Naxçıvan şəhərinin baş
meydanındakı abidəsini ziyarət edərək,
önünə gül dəstələri düzmüş,
ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev
muzeyinin yaxınlığında
quraşdırılmış böyük monitorda "Ulu torpaq,
ulu öndər" sənədli filmi nümayiş etdirilmiş,
dahi şəxsiyyətə həsr olunmuş şeirlər
səsləndirilmişdir. Tamaşaçılar müdrik
siyasətçinin Azərbaycan naminə fəaliyyətinin
müxtəlif dövrlərində Naxçıvan Muxtar
Respublikasına səfərlərindən
hazırlanmış sənədli filmə də
baxmışlar.
Tədbir Gəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında
davam etdirilmişdir.
Naxçıvan MR Ali
Məclisinin Sədri Vasif Talıbov ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyəti haqqında geniş
məruzə etmişdir.
Sonra Adil Babayevin
ümummilli lider Heydər Əliyevə həsr olunmuş
"Koroğlunun Çənlibelə
qayıdışı" əsərinin tamaşası
göstərilmişdir.
Tamaşadan sonra Ali
Məclisin sədri tlə görüşdə
Naxçıvan Dövlət Musiqili Dram Teatrının
direktoru, Azərbaycan Respubliksının xalq artısti Kamran
Quliyev incəsənət işçilərinə,
xüsusilə Naxçıvan teatrına, onun kollektivinə
göstərilən yüksək dövlət
qayğısına görə minnətdarlığını
bildirmişdir. Qeyd etmişdir ki, ulu öndərin 85 illik
yubileyi ilə əlaqədar Respublika Prezidenti İlham Əliyevin
Sərəncamına əsasən teatrın 3
əməkdaşı Prezident mükafatına layiq
görülmüşdür. Bu diqqətə, bu qayğıya cavab olaraq kollektivimiz uğurlarını daha da artıracaqdır.
Muxtar Respublikanın
Şərur, Babək, Kəngərli, Ordubad, Culfa, Şahbuz
və Sədərək rayonlarında da ümummilli liderimiz
Heydər Əliyevin 85 illik yubileyi təntənə ilə
qeyd olunmuş, ulu öndərin əziz xatirəsi ehtiramla yad
edilmişdir.
İki sahil.- 2008.- 14 may.- S. 2.