Nəcəfov S.
Çexiyada Azərbaycanla bağlı
tədbirlərə start verildi
Çexiyanın ikinci böyük
şəhəri olan Brnoda ADR-in yaranmasının 90 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü
ilə
bağlı
sərgi-aksiyaya start verildi.
Nüfuzuna görə Çexiyanın qabaqcıl universitetlərindən sayılan Masarik Universitetində təşkil olunan foto-video sərgini universitetin Politologiya İnstitutunun direktoru professor Bretislav Donçak giriş sözü ilə açdı.
O, Azərbaycanla yaradılan elmi-mədəni əlaqələrdən danışdı,
Şərqin ilk demokratik dövlətinin yarandığı
qədim diyarla yaxından tanışlıqdan məmnun olduğunu bildirdi. B.Donçak ADR-in 90 illiyinin Çexiya universitetində qeyd edilməsini tələbələrə
o dövrün siyasi proseslərini yaxından
öyrənmək
üçün əlavə stimul verdiyini dedi.
Tədbirdə iştirak
edən Azərbaycan Respublikasının Çexiyadakı səfiri cənab Tahir Tağızadənin çıxışı maraqla qarşılandı. Çex dilində
mükəmməl çıxış
edən və
bununla da salona toplaşanları
heyrətləndirən T.Tağızadə sərginin təşkil olunmasının mahiyyətindən danışdı.
Qeyd etdi ki, ümumiyyətlə, may ayında Azərbaycan 2 böyük və
önəmli hadisəni qeyd edir. Bunlardan bri ümummilli lider Heydər Əliyevin doğum günü, ikincisi isə
ADR-in yaranmasının növbəti ildönümüdür. Heydər Əliyevi
çexlərə
təqdim edən səfir onu
Çexiyanın tarixində
silinməz iz qoymuş, dağılmaqda olan dövləti yenidən dünya səhnəsinə
qaytaran Tomaş Qarik Masariklə
müqayisə etdi.
ADR-in yaranma səbəblərindən, qısa müddət ərzində fəaliyyətindən söz açan T.Tağızadə gənc dövlətin beynəlxalq əlaqələrinə də
toxundu.
O bildirdi ki, qısa müddət ərzində bir
çox dövlətlə
diplomatik
əlaqələr quran Azərbaycan hökuməti azərbaycanlı tələbələrin xaricdə
təhsil almasına daha
çox üstünlük verib.
Müasir dövrdə
bu
ənənənin davam etdirilməsi üçün əlverişli şəraitin olduğunu deyən səfir yaxın zamanlarda Çexiya ilə
Azərbaycan arasında tələbə mübadiləsinin
genişləndirilməsinin
vacibliyini vurğuladı.
Sərginin təşkilatçısı
Masarik Universitetinin müəllimi, həmyerlimiz professor Anar Vəliyev
sərginin hər bir eksponatı, stendi haqda danışdı.
O məlumat
verdi ki, sərgi 4 mərhələni əhatələyir. ADR-in elan olunmasından süqutuna kimi dövr, sovet işğalı mərhələsi, "Azərbaycan bu gün və
sabah"
və
Heydər Əliyevə həsr olunmuş
stend.
Maraq üçün qeyd edək ki, sərgiyə
dəvət olunan professorlar, doktorlar, magistrlər 1918-ci ildə
çap edilmiş Azərbaycanın siyasi xəritəsinə
daha
çox önəm verdilər. Qarabağ və İrəvan quberniyalarının da Azərbaycanın tərkibində olduğunu əks etdirən xəritə
peşəkarlıqla seçilmiş təbliğat vasitəsi kimi qeyd olunmalıdır. "Bakının sabahı"
guşəsində gələcəkdə nəzərdə
tutulan inşaat-tikinti layihələri qonaqların diqqətini cəlb etdi.
Tədbir qonaqların şərəfinə
verilən ziyafətlə davam etdirilidi.
Xatırladaq ki, may ayının sonuna kimi fəaliyyət göstərəcək sərgi 30 minlik tələbə kontingenti olan universitetin ən böyük zallarından birində
keçirilir.
Kaspi.- 2008.- 16 may.- S. 8.