Rəqs kollektivlərinin I Respublika
festivalı başa çatıb
Musiqili Komediya Teatrında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyilə əlaqədar
Rəqs kollektivlərinin
I Respublika festivalı
qaliblərinin yekun konserti keçirilib. Tədbirdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev müstəqil dövlətimizin memarı
Heydər Əliyevin mədəniyyətə, incəsənətə,
xüsusilə də gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinə
xüsusi qayğısından
söz açıb.
Nazir ölkə başçısı
İlham Əliyevin bu yolu uğurla
davam etdirdiyini, onun qayğısı sayəsində son vaxtlar mədəniyyət və
elm adamlarına diqqətin
daha da artırıldığını
bildirib.
Festival çərçivəsində
Gəncə şəhərinin,
Tovuz, Şəki, Lənkəran, Astara, Saatlı, İsmayıllı,
Qax, Qusar, Füzuli rayonlarının
uşaq incəsənət
məktəblərinin və
mədəniyyət evlərinin
istedadlı uşaqları
konsert proqramlarında
çıxış ediblər.
Nazirliyin
elm və təhsil şöbəsinin müdiri
Yaşar Əliyev bildirib ki, bu
festivalda 19 rəqs kollektivinin 500 nəfərədək
üzvü çıxış
edib. Festivalın keçirilməsində əsas məqsəd rəqslərdə milli ənənələrin qorunub
saxlanması, xalq rəqslərinin təbliği,
istedadlı gənclərin
aşkar olunması, onların bacarıq və vərdişlərinin
inkişaf etdirilməsi
olub.
Festival iştirakçılarının
çıxışlarını nazirlik tərəfindən
Bakı Xoreoqrafiya Məktəbinin müəllimləri,
habelə xalq artistləri və əməkdar artistlərdən
ibarət 5 nəfərlik
münsiflər heyəti
qiymətləndirib.
Tədbirdə münsiflər heyətinin
qərarına əsasən
qalib elan olunan rəqs kollektivləri konsert proqramı ilə çıxış edib.
Sonda mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
festivalın qalibləri
olan 8 rəqs qrupuna Nazirliyin diplomlarını təqdim
edib.
525-ci qəzet.- 2008.- 3 may.- S. 24.