Rüstəmov İ.

Ən uca zirvədən ucadır yerin

 

Mayın 10-u Dəvəçidə, sözün həqiqi mənasında, əsl el şənliyinə çevrilmişdi. Gün doğandan al-əlvan çiçək dəstələri tutmuş məktəblilər, ziyalılar, el ağsaqqalları, bir sözlə, hamı şəhərin mərkəzi meydanına toplaşırdı. Səbəb bəlli idibu gün xalqımızın sevimlisi, müstəqil Azərbaycanın qurucusu memarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 ili tamam olurdu. Amma bu əlamətdar günü dəvəçililər üçün ikiqat bayrama çevrilən daha bir hadisə məhz bu gün rayonun müqəddəs tarixinə çevriləcəkdi: ümummilli lider Heydər Əliyevin qranitdən yonulmuş postament üzərindəki ayaqüstü abidəsinin açılışı olacaqdı.
Açığını deyim ki, Dəvəçi son ill
ərdə belə böyük əzəmətli bayram təntənəsi görməmişdirdeyə döşündə Sosialist Əməyi Qəhrəmanı qızıl ulduzu parıldayan, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, el ağsaqqalı Qərib Orucov təəssüratını bizimlə bölüşür. Bu ondan irəli gəlir ki, hamı bu dahi Azərbaycan oğlunun Vətənimizin müstəqilliyinin əbədiləşməsi xalqın rifah halının yaxşılaşması naminə vaxtı ilə həyata keçirdiyi tədbirlərin parlaq nəticələrini görürlər.
Bu gün bu dahi şəxsiyyətin abidəsinin Dəvəçinin mərkəzi meydanında ucaldılması bizimçün ona görə ikiqat bayramdır ki, biz dəvəçililər daim onun müqəddəs xatirəsini bu abidənin önündə yad edəcək ona olan sonsuz ehtiram hörmətimizi bildirəcəyik.
Rəsmi açılış mərasimi başlanır. Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısının müavini Mehdi Balabəyov, toplantı iştirakçılarını, bütün dəvəçililəri ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə təbrik edir.
Sonra təntənəli musiqi sədaları altında Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov abidənin üstündəki örtüyü endirir. Heydər Əliyevin şərəfinə, şöhrətinə, şəxsiyyətinə uyğun yonulmuş əzəmətli abidə sürəkli alqışlarla qarşılanır. N.Novruzov abidənin önünə əklil qoyur. Bir anın içində abidənin ətrafı tər gül dəstələri ilə örtülür.
Geniş nitq söyləyən RİH başçısı ümummilli lider Heydər Əliyevin tarixin nadir şəxsiyyətlərindən biri kimi tək Azərbaycanda deyil, dünyanın əksər ölkələrində böyük hörmət ehtiramla yad olunduğunu bildirdi. Natiq daha sonra dedi:
Ümummilli lider Heydər Əliyevin abidəsi Azərbaycanın ən uca zirvələrində ucaldılmalıdır. Çünki bu dahi insan canından əziz bildiyi Azərbaycanı daim ucaltmağa, şərəf şöhrətini dünyanın bütün nöqtələrinə yaymağa, onun müstəqil, azad suveren
dövlət kimi yaşamasına xidmət etdi. O, bütün şərəfli ömrünü yorulmaq bilmədən öz şanlı əsəri Azərbaycanın çiçəklənməsinə həsr etdi.
Bu gün Azərbaycanda hansı rayona, hansı şəhərə getsək, bu böyük vətəndaşın qurub-yaratdığı müəssisə, zavod, fabrik, məktəb, mədəniyyət evi ilə rastlaşarıq. Onun açdığı yollar, onun göstərdiyi istiqamətlər, onun yeritdiyi siyasət bu günün özündə belə çox hörmətli Prezidentimiz İlham Əliyevin praktik addımları ilə yaradıcı şəkildə davam etdirilir Azərbaycan dünyada analoqu olmayan bir iqtisadi templə inkişaf edir, tərəqqi tapır.
Heydər Əliyev elə bir düha idi ki, onun irsi hələ neçə onilliklər araşdırılacaq, orientirlər onun bu misilsiz təfəkkür xəzinəsi ilə müəyyənləşdiriləcək.
N.Novruzov daha sonra bildirdi ki, Heydər Əliyev Azərbaycanla, özünün azərbaycanlı olmağı ilə, mədəniyyəti ilə fəxr edir, qürur duyurdu. Çünki onun Vətənə sevgisi nəhayətsiz idi. Çünki o Vətəninin tarixini, mədəniyyətini, ədəbiyyatını, insanlarını tükənməyən bir məhəbbətlə sevirdi. Bax, hələ neçə-neçə nəsillərə nümunə olacaq əsl Vətən sevgisi budur.
Natiq daha sonra ulu öndərin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından, hüquqi demokratik prinsiplərin bərqərar olması üçün qəbul etdiyi qərarlardan danışdı. O həmçinin qeyd etdi ki, xalq üzümüzə ona görə gülür ki, Heydər Əliyev bu xalqa, bu millətə sevgisini son ana qədər əsirgəmədi ona yeni liderinipraqmatik, dünya iqtisadiyyatını gözəl bilən, ağıllı diplomat möhtərəm İlham Əliyevi göstərdi. Bu son xidmət Azərbaycanınbu gün yaşadığımız, gördüyümüz inkişaf etmiş, xoş güzəranına yol açdı.
Mərasimdə çıxış edən Maral Əzizova, Yəhya Nuriyeva, M.Haşımov başqaları da ürəkdolusu, qürurla danışdılar.
Qeyd etdilər ki, bu gün Heydər Əliyev xalqın, Azərbaycanın qürur fəxarət simvoludur. Bu simvolun milyonların qəlbində ölməz abidəsi ucalır.
Bayram şənliyi konsert proqramı ilə axşama qədər davam etdi.

Xalq qəzeti
.- 2008.- 11 may.- S. 15.