Qobustan jurnalının
yeni sayı işıq üzü görüb
"Qobustan" jurnalının
növbəti sayı
Şərqdə ilk opera nümunəsi olan "Leyli və Məcnun"un 100 illiyilə bağlı "Üzeyir
Hacıbəyovun "Leyli
və Məcnun"undan "Koroğlu"ya qədər" və "Parlaq sənət incisi" yazıları ilə açılır. "Musiqimiz
bu gün", Elçinin "Uca mərtəbələrin sakini",
İmruz Əfəndiyevanın
"Həmişə zirvələrdə",
Aydın Talıbzadənin
"Virtual merac teatrı" yazıları
dahi bəstəkar Qara Qarayevin 90 yubileyinə həsr edilib. Çingiz Aytmatovun "Yaxın qələm dostum", Zemfira Səfərovanın
"Anar izi", Zülfiyyə İsmayılovanın?"Lirik-psixoloji
mövzuda retrospeksiya:
"Keçən ilin
son gecəsi" və "Dantenin yubileyi" yazıları
isə xalq yazıçısı Anarın
70 illik yubileyilə əlaqədar işıq
üzü görüb.
Digər səhifələrdə S.Ələkbərin "Missiya
adamı", Emin Əliyevin "90-cı illərin teatr festivalları kontekstində
sənət axtarışlarının
təzahürü", Məryəm
Əlizadənin "Tofiq
Kazımovun səhnə
gerçəkliyi", Aydın
Dadaşovun "Üzeyir
bəy ideyası",
Ələkbər Qasımovun
"Ölülərin" səhnə həyatı, yaxud məşhur tragikomediya birinci dəfə nə vaxt və
harada tamaşaya qoyulmuşdur" adlı yazılara yer verilib. Leyla Əliyevanın "Qara Qarayevin bəstəkar oğlu", Tofiq Bakıxanovun "Nəriman
Məmmədov-80", Sabirə
Dünyamalıyevanın "Azərbaycan tarixi geyimlərində günəşlə
bağlı simvolikalar",
Ələkbər Salahzadənin
"Qobustan" poeması
da jurnalın bu sayındadır. "Qobustan"ın yeni sayında Fəridə Cəlilovanın
"Teatr ənənələrinin
modifikasiya nümunəsi",
Samir Musayevin "Azərbaycan kinosunda yeni estetik prinsiplərin
təcəssümü", Aydın Tağıyevin
"Xaltanlı Tağı"
məqalələri də
öz əksini tapıb.
525-ci qəzet.- 2008.- 16 may.- S. 7.