"Heydər Əliyev irsi"

 

Elektron məlumat bazası təqdim olundu

 

Dünən M.F.Axundov adına Milli Kitabxanada Ümummilli liderimiz Heydər Əliyevin "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin I-IX cildlərinin Milli Kitabxana tərəfindən hazırlanan köməkçi göstəricisinin və "Hevdər Əliyev irsi" elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov Ulu öndər Heydər Əliyevin elm və təhsil sahəsində gördüyü müstəsna xidmətlərindən söhbət açıb. "Heydər Əliyev irsi" elektron məlumat bazasına daxil olan kitablar barədə məlumat verən Kərim Tahirov bildirib ki, Ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən gələcək nəsil üçün maarifləndirici xüsusiyyət daşıyan çoxlu sayda nəşrlər var. Məlumat bazasına Heydər Əliyev "Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar" daxildir. "Heydər Əliyev irsi" elektron məlumat bazasında, o cümlədən, Abuzər Xələfovun "Azərbaycanda kitabxana işi", Hüseynbala Mirələmovun "Zəfər yolu" (Azərbaycan, rus və ingilis dillərində), Elmira Axundovanın "Mqnoveniya istinı" və "Şüşə saray" kitablarının elektron variantı oxucuların ixtiyarına verilir. Bundan başqa, Ümummilli lider Heydər Əliyevin Milli Kitabxanaya gəlişlərində etdiyi çıxışlar və fotoalbom da nümayiş olunub. Tədbirin sonunda iştirakçılar Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olublar.

 

Yeni Azərbaycan.- 2008.- 15 may.- S. 8.