Ulu öndər
ehtiramla xatırlanır
Tarixi
şəxsiyyət, bənzərsiz idarəçilik,
təşkilatçılıq qabiliyyəti, istedadı
ilə yaddaşlarda yaşayan, sözə, sənətə,
sənətkara qiymət verən ümummilli lider Heydər
Əliyevin 85 illik yubileyi təntənə ilə qeyd edilir. Ulu öndərin Azərbaycanın
daha xoşbəxt gələcəyi uğrunda
apardığı mübarizələrdən
xatirələr səslənir,
vətənə və
xalqa nümunəvi xidməti məhəbbətlə
yad edilir.
Respublika Teatr Xadimləri İttifaqında
ulu öndərin yubileyi şərəfinə
"Heydər Əliyev
və Azərbaycan teatrı" mövzusunda
keçirilən elmi-praktiki
toplantıda ittifaqın
sədri, xalq artisti Azər Paşa Nemət demişdir:
- Bu gün biz fəxr
edirik ki, respublikaya rəhbərlik etdiyi dövrdə ulu öndər Heydər Əliyev milli teatrımızın inkişafına, neçə-neçə səhnə xadimlərinin fəxri adlar almalarına, dövlət mükafatları
ilə təltif edilmələrinə qayğı
göstərmişdir. Ulu öndər yeni tamaşaların ilk baxışlarına gələr, aldığı
təəssüratı bölüşər,
fikrini rejissorlara, aktyor truppasına bildirərdi.
Daha sonra teatrşünas, professor Məryəm Əlizadə,
xalq artistləri Amaliya Pənahova, Ramiz Məlikov, Nurəddin Mehdixanlı və başqaları ümummilli lider haqqında xatirələrini,
ulu öndərin sənətə olan qayğısından, köməyindən
danışdılar. Sənətşünaslıq
doktoru, professor İlham Rəhimli dedi:
- Ulu öndər mahir idarəçi, təşkilatçı olmuşdur.
Ölkədaxili bütün
problemləri vaxtında,
yüksək səviyyədə
həll etmək qüdrətinə malik idi. O, teatr sənətini
peşəkar mütəxəssislərdən
yaxşı bilirdi. Rejissor mizanını, aktyor oyununu ustalıqla təhlil edərdi. Nə qədər Azərbaycan teatrı yaşayacaq, ulu öndərin də adı ehtiramla xatırlanacaq.
Tədbirin sonunda ümummilli liderin müxtəlif illərdə
teatr əməkdaşları
ilə birgə çəkdirdiyi şəkillərin
fotostendinə baxış
oldu.
Azərbaycan.- 2008.- 10 may.- S. 5.