Azərbaycan Prezidenti İlham Əliyev bayramda olmuşdur
Mayın 10-da
Azərbaycan xalqının ümummilli lideri, dünya
şöhrətli siyasi xadim Heydər Əliyevin 85 illik
yubileyi ilə əlaqədar Bakıda, ulu öndərin
adını daşıyan sarayın qarşısındakı
parkda möhtəşəm gül bayramı təşkil
edilmişdir.
Azərbaycan Prezidenti İlham
Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva, qızı Arzu gül bayramında
olmuşlar.
Buraya toplaşan paytaxt sakinləri dövlətimizin başçısını
hərarətli alqışlarla
qarşıladılar, bayramı
daha da rövnəqləndirən
uşaqlar Prezidenti və ailə üzvlərini özlərinə
xas səmimiyyətlə
salamladılar.
Məlumat verildi ki, səhər tezdən başlayaraq, paytaxt sakinləri Bakı Şəhəri İcra Hakimiyyətinin təşkil etdiyi və xarici ölkələrdən gətirilmiş
gül-çiçəklə
bəzədilən parka
gəlirlər.
Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın
dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin
ətrafı gül-çiçəyə qərq
olmuş, postamentdə
güllərdən buta
hörülmüşdü.
Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət etdilər, gül-çiçək içindəki
parkın gözəlliyini
seyr etdilər.
Müxtəlif çiçəklərdən
yığılan “xalçada”
türk dünyasının
böyük oğlu Heydər Əliyevin portreti, “Ulu öndərin 85 illik yubileyi” sözləri yazılmışdı. Cürbəcür
çiçək və
güllərdən, bitkilərdən,
yarpaqlardan hazırlanan
və göz oxşayan rəngarəng kompozisiyalar, dövlət rəmzləri buraya gələnləri heyran qoyurdu. Bir sözlə, fəvvarələrin
yan-yörəsindən
tutmuş hər tərəf bir-birindən gözəl, gözoxşayan, bahar təravətli gül-çiçək içində
idi. İncəsənət
ustalarının təqdim
etdikləri konsert proqramı bayram ovqatını daha da yüksəldirdi.
Dövlətimizin başçısı
və ailə üzvləri parkı gəzdilər, “Dibçəklər
kompozisiyası”na maraqla tamaşa etdilər. Piramida formasında olan kompozisiya bir-birini təkrarlamayan 85 bitki növündən ibarət
dibçəklərdən qurulmuşdu. Güldən
hazırlanmış müxtəlif
mənzərələr, orijinal
lövhələrdə ulu
öndər Heydər
Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə
aid fotoşəkillər
böyük maraq doğurdu.
Prezident İlham Əliyev parka toplaşan sakinlərə yaxınlaşaraq
onlarla görüşdü.
Paytaxt sakinləri ulu öndərin doğum günü - 85 illik yubileyi münasibətilə dövlətimizin
başçısını təbrik etdilər, ümummilli liderin tarixi xidmətlərini xatırlatdılar, Prezident
İlham Əliyevin ölkəmizin inkişafı
üçün gördüyü tədbirləri,
gündən-günə
gözəlləşən paytaxtımızda aparılan
işləri yüksək
qiymətləndirdilər.
Dövlətimizin başçısı
və xanımı sakinlərlə xatirə şəkli çəkdirdilər.
Xalq qəzeti.- 2008.- 11
may.- S. 2.