Mayın 10-da
Bakının Zərifə Əliyeva
küçəsində, xalqımızın ümummilli lideri
Heydər Əliyevin və ulu öndərin ömür-gün
yoldaşı, görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyevanın vaxtilə
yaşadıqları 22 nömrəli binada xatirə
lövhələrinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham
Əliyev və xanımı, ailə üzvləri mərasimdə
iştirak etmişlər.
Dövlətimizin başçısı
xatirə lövhələrinin
üzərindən ağ
örtüyü götürdü,
önünə gül
dəstələri qoydu.
Xatirə lövhələrində “Azərbaycan xalqının
ümummilli lideri, müasir Azərbaycan dövlətçiliyinin banisi,
Azərbaycan Respublikasının
Prezidenti Heydər Əlirza oğlu Əliyev 1962–1982-ci illərdə
bu evdə yaşamışdır” və
“Azərbaycanın görkəmli
ictimai xadimi, akademik Zərifə Əziz qızı Əliyeva 1962–1982-ci illərdə bu evdə yaşamışdır”
sözləri yazılmışdır.
Prezident İlham Əliyev xatirə lövhələrinin müəllifi
xalq rəssamı, akademik Ömər Eldarova təşəkkürünü
bildirdi.
Xalq qəzeti.- 2008.- 11
may.- S. 2.