Mayın 2-də “Yaxt
klub”da ümummilli
lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə
Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Fondunun birgə layihəsi olan “Heydər Əliyev” multimedia diskinin təqdimetmə mərasimi
keçirilmişdir.
YAP sədrinin müavini
– icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov mərasimi açaraq bildirmişdir ki, tarix boyu
mənsub olduğu xalqı dünyada tanıdan şəxsiyyətlər
çox az olmuşdur. Azərbaycan xalqının xoşbəxtliyi
ondadır ki, həmin şəxsiyyətlərdən
biri - xalqımızın
ümummilli lideri, ulu öndər Heydər Əliyev məhz bizim Vətənimizdə dünyaya
gəlmiş, burada yaşayıb- yaratmışdır.
Tarixə ekskurs edən
sədr müavini Azərbaycanda və ümumiyyətlə dünyada
Heydər Əliyev şəxsiyyəti haqqında
söhbətlərin 1969-cu ildən başlandığını,
lakin bu gün də ara vermədiyini bildirmişdir.
Ə.Əhmədov vurğulamışdır ki,
nəcib əməlləri,
titanik fəaliyyəti
ilə təkcə Azərbaycan xalqının deyil, bir çox dünya xalqlarının yaddaşında əbədi
iz qoymuş ulu öndərin haqqında bundan sonra da əsrlər
boyu danışılacaqdır.
Artıq 5 ildir ki, fiziki cəhətdən
aramızda olmayan dünya şöhrətli
siyasət xadiminin Azərbaycan xalqı üçün 2 böyük
abidə ucaltdığı
diqqətə çatdırılmışdır.
Bu abidələrdən
biri müasir müstəqil Azərbaycan
dövləti, digəri
isə hər bir azərbaycanlının
qəlbində ulu öndərin xatirəsinə
ucaldılmış Heydər
Əliyev abidəsidir.
YAP sədrinin müavini ümummilli liderin siyasi strategiyasının davamlı
xarakter aldığını,
geniş quruculuq və abadlıq işləri ilə Azərbaycan xalqının
sevimlisinə çevrilmiş
Prezident İlham Əliyev tərəfindən
bu siyasətin uğurla davam etdirildiyini, ölkəmizin
dünyanın ən dinamik inkişaf edən dövlətinə
çevrildiyini xüsusi
vurğulamışdır.
Mərasimdə ümummilli
liderimizin həyat və dövlətçilik
fəaliyyətini əks
etdirən “Heydər Əliyev” multimedia diski təqdim olunmuşdur. Multimedia diski hər birində 50-dək fotoşəkil və yazılı materiallar toplanmış 8 bölmədən
ibarətdir.
Diskin birinci bölməsi “Ömür
yolu” adlanır və burada ulu öndərin ailəsi, valideynləri, dövlətçilik fəaliyyətinə
başlayanadək keçdiyi
həyat yolu haqqında materiallar əksini tapmışdır.
“Dövlət quruculuğu” adlanan bölmə “SSRİ tərkibində”,
“Müstəqil Azərbaycan”
və “Hərbi quruculuq” adlı üç yarımbölmədən
ibarətdir. “İqtisadi
inkişaf” adlanan bölmədə müstəqillik
illərində aparılan
iqtisadi islahatlar, “Xarici siyasət” adlı bölmədə müstəqil dövlətin
beynəlxalq aləmdə yerini tutması uğrunda aparılan mübarizə, “Sosial inkişaf” bölməsində
təhsil, elm, səhiyyə, gənclər
və idman, mədəni quruculuq sahəsində yeridilən
dövlət siyasəti,
“Azərbaycançılıq” adlı bölmədə milli ideologiyanın formalaşması, “Yeni Azərbaycan Partiyası” bölməsində isə
müstəqil Azərbaycan dövlətinin
formalaşmasında və
inkişafında mühüm
rol oynamış partiyanın yaranması və fəaliyyəti haqqında məlumatlar toplanmışdır.
Diskin sonuncu bölməsi olan “Uğurlu yolun davamçısı
- İlham Əliyev” bölməsində isə
ümummilli liderin müəyyən etdiyi siyasi strategiyanın Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsini əks etdirən fotoşəkillər
və yazılı məlumatlar istifadəçilərə
təqdim olunur.
Mərasimdə çıxış edən Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri
Əli Həsənov və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Nailə Vəlixanlı
qeyd etmişlər ki, təqdim edilən multimedia diski ulu öndər
Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini öyrənmək
istəyənlər üçün
dəyərli məlumat
mənbəyi rolunu oynayacaqdır.
Mərasimdə iştirakçılara Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən
hazırlanmış “Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyev - 85 il” poçt markası, Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Heydər Əliyev və informasiya-kommunikasiya
texnologiyaları siyasəti”
adlı kitab da təqdim edilmişdir.
Sonda incəsənət
ustalarının konserti
olmuşdur.
Xalq qəzeti.- 2008.- 3
may.- S. 2.