Yusifova S.

 

Ümummilli lider Musiqi Mədəniyyəti Muzeyində də yad olunub

 

Ötən gün Musiqi Mədəniyyəti Dövlət Muzeyində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibəti ilə tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, H.Əliyevin mədəniyyətimizə, bu sahədə çalışan insanlara göstərdiyi diqqət qayğıdan danışıb. Muzeyin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri Məcnun Kərimov da çıxışı zamanı H.Əliyevlə bağlı xatirələrini dilə gətirib. M.Kərimov ansamblın 1996- ildə yarandığını ilk dəfə Yusif Məmmədəliyevin 90 illik yubileyində çıxış etdikləri zaman H.Əliyevlə görüşdüklərini söyləyib: "Tədbirdən sonra ulu öndər ansamblın üzvləri ilə şəxsən tanış oldu qədim musiqi alətlərilə maraqlandı. Xalqımızın qədim mədəniyyət nümunələrini yaşatmağımızın gözəl olduğunu bildirdi". M.Kərimov elə həmin il ümummilli lider tərəfindən bu kollektivə dövlət ansamblı statusu verildiyini deyib.
   Tədbirdə çıxış edənlər Heydər Əliyevin mədəniyyətimizə, musiqi xadimlərinə, muzey işinə göstərdiyi qayğıdan geniş bəhs ediblər. Bakı Musiqi Akademiyasının prorektoru, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə H.Əliyevin Azərbaycan musiqi xadimlərinə verdiyi fəxri adların mükafatların onlara göstərdiyi yüksək qayğının təzahürü olduğunu vurğulayıb.
   Yubiley gecəsi üçün təşkil edilən konsert proqramında Qədim Musiqi Alətləri Ansamblı Əbdülqadir Marağayinin 14 əsrdə yaratdığı "Heydərnamə" əsərini yenidən bərpa edilmiş formada səsləndirib. Proqramda əməkdar artist Həsən Enami, Samir Cəfərov, Fəridə Məmmədova, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova klassik əsərlər ifa ediblər.
   Mərasimin sonunda qonaqlar muzeyin foyesində açılan "Heydər Əliyev Azərbaycan musiqi mədəniyyəti" sərgisi ilə tanış olublar.

 

525-ci qəzet.- 2008.- 6 may.- S. 7.