Yusifova S.

 

Mədəniyyət toplusunun təqdimatı olub

 

Dünən Muzey Mərkəzində Mədəniyyət Turizm Nazirliyinin son bir ildəki fəalliyyətini əks etdirən "Mədəniyyət" toplusunun təqdimatı keçirilib. Ümummilli lider Heydər Əliyevin 85 illiyinin qeyd edildiyi bir vaxtda bu kataloq Nazirliyin yubileyə layiqli hədiyyəsi olub.
   Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev son illər Azərbaycanda gedən proseslər nəticəsində ölkəmizin dünyaya inteqrasiyasının daha da sürətləndiyini bildirib: "Ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu siyasət onun ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilməsi nəticəsində xalqımızın mədəniyyəti özünün yüksək inkişaf dövrünü yaşayır, bu gün Azərbaycan mədəniyyəti dünyada tanınır. Artıq xarici telekanallarda ölkəmizin mədəniyyətini təbliğ edən reklam çarxları yayımlanır. Turizm sahəsində irəliləyişlər göz önündədir. Xarici turizm şirkətlərinin Azərbaycana marağı ildən-ilə artır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət qayğısı sayəsində mədəniyyət sahəsində bir çox böyük uğurlara imza atılıb". Nazir bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi ilə 140 nəfərdən ibarət Uşaq Simfonik Orkestrinin Avropanın 3 böyük ölkəsində konsert proqramı ilə çıxış edəcəyini vurğulayıb. Ə.Qarayev təqdim olunan kataloqun ildə 1 dəfə nəşr ediləcəyinin onun xarici ölkələrdə yayılması üçün daha ciddi səylə çalışacaqlarını bildirib.
   Millət vəkili Nizami Cəfərov da mədəniyyət toplusunun işıq üzü görməsinin zəngin mədəniyyətimizin təbliğinin önəmli bir təzahürü olduğunu söyləyib: "Ulu öndərimizin təməlini qoyduğu mədəni siyasətin 3 prinsipi var ki, bu gün mədəniyyətimiz bu prinsiplərin hesabına qorunur inkişaf edir. Həmin prinsiplər mövcud tarixi mədəniyyətimizin qorunub saxlanması, keçmiş müasir mədəniyyətimizin dünya miqyasında tanıdılması yaradıcı şəxsiyyətlərin qiymətləndirilməsidir". N.Cəfərov bu gün dünyanın taleyini xalqların mədəniyyətlərinin həll etdiyini bu toplunun mədəniyyətimizin təbliği üçün mühüm olduğunu bildirib.
   Xalq şairi Fikrət Qoca, teatrşünas Məryəm Əlizadə, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev kataloqun nəşrinin ölkəmizin mədəniyyət siyasətinin, qazanılan uğurların təbliği baxımından əhəmiyyətini xüsusi qeyd ediblər. Onlar topluda materialların xarici dillərdə işıq üzü görməsinin faydalı cəhət olduğunu diqqətə çatdırıblar. Qeyd edək ki, "Mədəniyyət" kataloqundakı materiallar Azərbaycan, rus ingilis dillərində işıq üzü görüb. 320 səhifəlik rəngli, illüstrasiyalarla zəngin nəşr müxtəlif rubrikalara bölünüb. Bu rubrikalar Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərinə güzgü tutur. Nazirliyin fəaliyyətində turizm sahəsi mühüm yer tutduğu üçün topluda Azərbaycanın turizm imkanları haqqında da geniş informasiya yer alıb. Kataloqda mədəni sahələr teatr, kino, musiqi, rəngkarlıq, ədəbiyyat, uşaq mədəniyyəti, diaspora mədəniyyəti, analitik mövzu rubrikalarında təqdim edilib. Topludakı məqalələr Rəhman Bədəlov, Məryəm Əlizadə, Aydın Talıbzadə, Niyazi Mehdi, Teymur Daimi, Ülvi Mehdi başqa tanınmış mütəxəssislər tərəfindən qələmə alınıb. Kataloqun musiqi rubrikasında xalqımızın qədim tarixə malik muğam sənəti haqqında, onun inkişafı, qorunması, həmçinin muğamımızın dünyada tanıdılmasında böyük işlər görən millət vəkili Mehriban Əliyevanın bu sahəyə diqqət qayğısından bəhs edilir. Bu rubrikada Bakıda keçirilmiş klassik musiqi proqramları, caz festivalı, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günlərindən, teatr rubrikasında isə mövsümün ən yaxşı teatrı hesab edilən sənət ocağı sayılan ÜNS Teatrı burada səhnələşdirilən "Əli Nino" tamaşasından söz açılır.
   "Mədəniyyət" həmçinin xarici ölkələrdə təşkil edilmiş ən yadda qalan konsert sərgilər, modelyer Fəxriyyə Xələfovanın yaralıcılığını əks etdirən məqalələr fotolar dərc olunub.
   Nəfis tərtibatla nəşr olunan topluda Azərbaycanın ən yaxşı fotoqraflarının çəkdikləri şəkillər yer alıb. Mədəniyyətimizi, ölkəmizin turizm zonalarını əks etdirən fotolar kataloqu daha da maraqlı edib.
   
   
525-ci qəzet.- 2008.- 13 may.- S. 7.