İsveçrə Prezidenti
Paskal Kuşpenin bəyanatı
- Azərbaycana səfər etməkdən və Prezident İlham Əliyevlə görüşməkdən
məmnunam. Biz onunla bu ilin
əvvəlində Davosda
görüşmüşük. Orada görüşümüz
qısa oldu. İki ay bundan əvvəl isə
NATO-nun Buxarest sammitində görüşmüşük. İsveçrə
Prezidenti
üçün bu səfər
ölkənizdə baş
verənlərin şəxsən şahidi
olmaq baxımından yaxşı imkandır. Deyim ki, ölkənizin inkişafından çox
təəssüratlandım. Bu inkişafda əsas tərəflərin və
xüsusilə də dövlət başçısının,
siyasi rəhbərliyin
açıqlığını qeyd etməliyəm. Səhərki danışıqlarımız çox konstruktiv şəkildə keçdi.
Biz iqtisadi əməkdaşlığı
daha da genişləndirmək
fikrini bölüşdük.
İsveçrə şirkətlərinin nümayəndələri tikinti
və energetika sektorunda fəaliyyət göstərmək üçün
bizə müraciət
ediblər və cənab Prezidentin dediyi kimi, böyük
layihələr həyata
keçirilir. Xəyallarda yox,
reallıqda. İsveçrə şirkətləri Azərbaycana
sərmayə qoymağa
hazırdır. Çünki onlar Azərbaycanın və regionun gələcəyinə inanır.
Azərbaycan dünyanın bu
regionunun inkişafına
müsbət təsir
göstərir.
Eyni zamanda, mədəni sahədə əlaqələrimizin
genişləndirilməsini müzakirə etdik. Bu mənada artıq son illərdə həm İsveçrədə, həm
də Azərbaycanda bir neçə mədəni tədbirlər
keçirilmişdir. Burada mən
beynəlxalq caz festivalını qeyd etmək istərdim. Mədəniyyət və turizm
nazirinizin sözlərinə
görə, o, İsveçrədə
keçirilən caz festivalında iştirak etmişdir.
Biz regionda
siyasi vəziyyəti,
gələcəyi və
qonşularından biri
tərəfindən münaqişəyə
məruz qalan Azərbaycanın mövqeyini
də müzakirə etdik. Eyni zamanda,
Azərbaycan.- 2008.- 13 may.- S. 4.