Sənədlərin imzalanma mərasimi

 

Mayın 22-də "Qorodetski Evi"ndə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan və Ukrayna arasında sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycan Respublikası Ukrayna Prezidentləri Şurasının Nizamnaməsini "Azərbaycan Respublikası Ukrayna arasında dostluq strateji tərəfdaşlıq haqqında bəyannamə"ni imzaladılar.
"Azərbaycan Respublikası hökuməti Ukrayna hökuməti arasında informatizasiya informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş"i Azərbaycanın rabitə informasiya texnologiyaları naziri Əli Abbasov Ukraynanın nəqliyyat rabitə naziri İosif Vinski imzaladılar.
"Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi Ukraynanın Ailə, Gənclər İdman Məsələləri Nazirliyi arasında gənclər siyasəti idman sahəsində 2008-2009-cu illər üçün əməkdaşlıq proqramı" Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın ailə, gənclər idman məsələləri naziri Yuri Pavlenko imzaladılar.
"Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Ukraynanın Mədəniyyət Turizm Nazirliyi arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında protokol"u Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev Ukraynanın mədəniyyət turizm naziri Vasili Vovkun imzaladılar.
"Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Ukraynanın Qiymətli Kağızlar Fond Bazarı üzrə Dövlət Komissiyası arasında qarşılıqlı anlaşma memorandumu"nu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov Qiymətli Kağızlar Fond Bazarı üzrə Dövlət Komissiyasının sədri Anatoli Balyuk imzaladılar.
"Azərbaycan Respublikası hökuməti Ukrayna hökuməti arasında dövlət qulluğunun inkişafı sahəsində əməkdaşlıq haqqında saziş"i Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Ukrayna Dövlət Qulluğu İdarəsinin rəisi Timofey Motrenko imzaladılar.

Azərbaycan.- 2008.- 23 may.- S. 2.