Heydər Əliyev Fondu 1 İyun – Uşaqları Beynəlxalq
Müdafiə Gününə
həsr olunmuş tədbir keçirmişdir
Mayın 25-də Maştağa Olimpiya-İdman
Kompleksində Heydər
Əliyev Fondunun, Azərbaycan Televiziya və Radio Verilişləri
QSC-nin və “İNTV”
media holdinqin birgə təşkilatçılığı
ilə 1 İyun - Uşaqları Beynəlxalq
Müdafiə Gününə
həsr olunmuş tədbir keçirilmişdir.
Təşkil olunmuş
“Çempion” əyləncəli-idman oyunlarına Bakının bütün
uşaq evləri və internat məktlərindən təxminən
700 uşaq cəlb olunmuşdur.
Birinci yeri Nizami rayonundakı
1 nömrəli uşaq
evinin, II yeri Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki
2 nömrəli yetim və valideyn himayəsindən məhrum
uşaqlar üçün
internat məktəbin,
III yeri isə Xətai rayonundakı 3 nömrəli uşaq evinin yetirmələri tutmuşlar.
Tədbirin ikinci - bədii hissəsində qaliblər mükafatlandırılmış,
geniş konsert proqramında uşaq kollektivləri ilə yanaşı, respublikamızın
tanınmış müğənniləri
də çıxış
etmişlər.
Xalq qəzeti.- 2008.- 27 may.- S. 3.