Mədəniyyətə ayrılan büdcə 6 dəfə artıb

 

"Son dörd ildə ölkə büdcəsi dörd dəfə artdığı halda mədəniyyət sahəsi üçün ayrılan vəsait təqribən altı dəfə artıb". Mədəniyyət turizm naziri Əbülfəs Qarayev KİV nümayəndələrinə açıqlamasında belə deyib. Nazir onu da bildirib ki, vəsaitlər əsasən səhnə meydançalarının, teatrların, muzeylərin təmirinə yeniləşməsinə, müvafiq obyektlərin tikintisinə xərclənir: "Hazırda dörd teatrda sürətli təmir işləri aparılır. Bundan sonra Akademik Milli Dram Teatrının, Opera Balet Teatrının təmiri reallaşacaq. "Azərbaycanfilm" Kinostudiyasının isə əsaslı şəkildə yenidən qurulması planlaşdırılıb".

Yeri gəlmişkən, qeyd edək ki, kinostudiya rəhbərliyi qrumun təmirinin 2010-cu ilə qədər davam edəcəyini bildirib.

 

Kaspi.- 2008.- 15 may.- S. 15.