Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahında Azərbaycanın xoşməramlı mələkləri" konsert proqramı təqdim olunmuşdur

 

AzərTAc xəbər verir ki, mayın 20- Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının "Azərbaycanın xoşməramlı mələkləri" adlı konsert proqramı təqdim edilmişdir.
YUNESKO-nun baş direktoru Koişiro Matsuura qurumun xoşməramlı səfiri Mehriban xanım Əliyeva konsertdə olmuşlar.
Konsert proqramından əvvəl YUNESKO-nun mənzil-qərargahında azərbaycanlı uşaqların rəsmlərindən ibarət sərgi açıldı. Sərgidə 5-15 yaşlı uşaqların müxtəlif mövzularda rəsmləri nümayiş etdirilirdi. Simurq quşu rəsmi daha çox maraq doğurdu məhz həmin rəsm tədbirin bir növ rəmzi seçilmişdi.
Sərgi ilə yanaşı, Azərbaycan mətbəxi nümayiş etdirildi. Qonaqlar Azərbaycan mətbəxinin dünyanın ən qədim, ən zəngin dadlı mətbəxlərindən biri olduğunu əyani şəkildə gördülər. Bir daha sübut olundu ki, 2 minədək yemək növünü əhatə edən Azərbaycan mətbəxi, təkcə xörəklər, onların hazırlanma texnologiyasından ibarət deyil, həm maddi mədəniyyətin mühüm hissəsidir.
"Azərbaycanın xoşməramlı mələkləri" konsert proqramından əvvəl YUNESKO-nun baş direktoru çıxış etdi.

 

Azərbaycan.- 2008.- 22 may.- S.1-2.