Niderlandın Kraliça
Kitabxanasına Heydər
Əliyev Fondunun təqdim etdiyi kitablar hədiyyə olunmuşdur
Azərbaycanın Niderland Krallığındakı
səfirliyi bu ölkədə fəaliyyət
göstərən "Ana
Vətən" Avropa
Azərbaycanlı Qadınlar
Birliyi ilə birgə Heydər Əliyev Fondunun ölkəmiz haqqında təqdim etdiyi kitabların Niderlandın Kraliça Kitabxanasına
hədiyyə verilməsi
mərasimi keçirilmişdir.
Səfirlikdən verilən
məlumata görə,
səfir Fuad İsgəndərov ölkəmizin
90 il ərzində keçdiyi tarixi yol, nailiyyətləri, müasir iqtisadi inkişafı, neft strategiyası və mədəniyyəti haqqında
ətraflı məlumat
vermişdir.
Qeyd olunmuşdur ki, bu ilin martında
kitabxanaçılıq sahəsində
əməkdaşlığa dair memorandumun imzalanmasından sonra, məhz Heydər Əliyev Fondu tərəfindən Niderlandın
Kraliça Kitabxanasına
ölkəmizin dünənini,
bu gününü və sabahını əks etdirən kitabların hədiyyə
verilməsi xüsusi əhəmiyyət
daşıyır.
Tədbirdə ümummilli
lider Heydər Əliyevin həyatını
və Azərbaycan xalqı üçün yorulmaz fəaliyyətini əks etdirən kitablar haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir
ki, məhz Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan
Respublikası beynəlxalq
münasibətlər sistemində
layiqli yer tutmuşdur.
Sonra Azərbaycanın
mədəniyyətinə xüsusi
töhfə vermiş
Arif Babayev, Mstislav Rostropoviç, Lətif Kərimov, Rafiq Babayev kimi
şəxsiyyətlər, Azərbaycanın
mədəniyyəti, tarixi
və təbiəti haqqında kitablar holland tərəfinə təqdim edilmişdir.
Bundan əlavə Kraliça Kitabxanasına
Ermənistanın Azərbaycana
qarşı təcavüzünü
obyektiv işıqlandıran
kitablar təqdim olunmuş, onlar haqqında ətraflı məlumat çatdırılmışdır.
Kraliça Kitabxanasının direktor vəzifəsinin icraçısı, Qiymətli
Kitab və Kolleksiyalar İdarəsinin
rəisi Mətəys
van Otegem hədiyyə olunmuş gözəl kitablara görə Heydər Əliyev Fondunun rəhbərliyinə dərin
təşəkkürünü bildirmiş, bu kitabların holland oxucuları üçün
Azərbaycan kimi zəngin tarixə, mədəniyyətə
malik, dinamik inkişafda olan ölkə haqqında keyfiyyətcə yeni məlumat mənbələri
olacağını xüsusi
vurğulamışdır.
Van Otegem qeyd etmişdir
ki, Heydər Əliyev Fondunun təşəbbüsü Azərbaycan
ilə Niderland arasında humanitar sahədə əməkdaşlığa
yeni təkan verərək, bütün
Avropa dövlətləri
üçün mədəniyyətlərarası
dialoqun inkişafına
nümunə ola bilər. Niderland tərəfi xüsusi vurğulamışdır ki,
Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunmuş kitablar Niderlandın Kraliça Kitabxanasının
ən qiymətli kolleksiyaları toplusunda özünə layiq yer tutacaqdır.
Azərbaycan.- 2008.- 28 may.- S. 8.