Əhmədova G.
"Böyük
adamın həyatını seyr etmək
həmişə gözəl
mənzərədir"
V.Q.Belinski
Zəhmətlə
ucalanlar
Gəncliyini,
həyatını əməyə sərf etmiş bir
adamın dincəlmək vaxtı çatdıqda mənsub
olduğu kollektiv onu hörmət, ehtiramla yola salır. Yığıncaq
təşkil olunur, təqaüdçünün əmək
yolundan danışılır. Ona razılıq bildirilir
və gül dəstələri təqdim olunur.
Təqaüdə çıxan adam gəncləri ataların
yolu ilə getməyə çağırır və
nəsillərin estafetini gənclərə
tapşırır.
Bu sözləri belə insanlardan biri - ömrünün 48 ilini eyni müəssisədə keçirən Z.Mikayılova haqqında da demək olar.
Zöhrə Mikayılova ömrünü kitab rəfləri arasında keçirən bir xanımdır. Yaxşı ana, yaxşı nənə, yaxşı kitabxanaçı və nəhayət, yaxşı bir insandır. Qax rayonunun Qum kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirib ali təhsil almaq üçün Bakı şəhərinə gedəndə hamı elə bilirdi ki, Zöhrə ya həkim, ya da müəllim olacaq. Həmişə kitabları özünə dost bilən Zöhrə kitabxanaçı peşəsini seçdi və sənədlərini ADU-nun kitabxanaçılıq fakültəsinə təqdim etdi və qəbul olundu. Rayonda ilk ali təhsilli kitabxanaçı olan Zöhrə Mikayılova 1961-ci ildən 2008-ci ilədək Qax Rayon MKS-nin kitabxanaçısı kimi çalışmışdır. Bu illərdə Zöhrə Mikayılova kitabxanaçı, metodist, uşaq kitabxanasının müdiri, metodika-biblioqrafiya şöbəsinin müdiri kimi əmək fəaliyyəti göstərdi. Bəli, Zöhrə Mikayılova 48 il eyni işdə çalışdı, bu ömür yolu ona çoxlu dostlar bəxş etdi. Bu illər ərzində o daim öyrəndi, öyrətdi.
48 illik əmək fəaliyyəti həzin xatirələrlə doludur. Hərdən iş günlərini, iş yoldaşlarını, ötən illəri xatırlayanda kövrəlir Zöhrə ana. Onları kitabxanaçılarımız hörmətlə yad edir, təcrübəsindən yararlanır, ənənələrini davam etdirir. İllər keçir, nəsillər dəyişir, amma bu ənənə hələ də davam edir...
Zöhrə Mikayılova öz peşəsini sevən, təcrübəsini gənclərə öyrədən bir insandır. Onunla söhbət etdikcə bunların şahidi olursan:
İnsan tək özü üçün
yaşaya bilməz. O daim insanları, cəmiyyəti düşünməlidir. Mən özüm kiməsə lazım olmayanda həmişə darıxmışam, qüssələnmişəm.
Gənclərlə işləmək, onları maraqlandıran məsələlərə müəyyən
mənada inandırıcı
cavablar vermək çətindir. Hamı istəyir
gənclər layiqli vətəndaş kimi formalaşsınlar. Fəxr
edirəm ki, mənim vaxtı ilə oxucularım olmuş insanlar indi müəllim, həkim, mühəndis, ali təhsilli
kitabxanaçılardır. Onların bu səviyyəyə gəlməsində mənim
də zəhmətim
var.
Zöhrə xanımın bir tövsiyəsi də oldu. "Gənclərimizdə
bir çatışmazlıq
da peşəyə-sənətə
marağın azlığıdır.
Onlar başa düşməlidirlər
ki, peşənin özü gözəlliyə
pəncərədir. Kitabxanaçı bilikli olmalıdır.
İlk növbədə onun özü zəngin xəzinəyə baş vurmalı, lazım olan məlumatları, əldə edib istifadəçiyə çatdıra
bilməlidir. İşlədiyim müddətdə biliyin mənəvi sərvət
olduğunu, ona yiyələnməyin heç
də asan olmadığını, onun
qapını döyüb
sənin yanına gəlmədiyini, bunun üçün daim oxumalı olduqlarını
gənclərə təbliğ
etmişəm."
Yola salma mərasimində bu ağbirçək ananın,
təcrübəli kitabxanaçının
söylədiyi sözlər
hamının ürəyindən
oldu:
Kitabxanaçı həmişə
kiməsə lazımdır.
Əgər bir gün sənə heç kim müraciət etmirsə, deməli, o gün bir kitabxanaçı
kimi yaşamırsan. Seçdiyin peşəni sevə-sevə işlətmirsənsə zəhmətin
bəhrəsiz olar. Peşəni sevmək azdır, onu sevdirmək şərtdir və peşənin mütəxəssisi olmalısan.
Bəzən elə olur ki, biz
kitabxanaçılara etinasızlıq
göstərirlər. Mən
özüm bunun dəfələrlə şahidi
olmuşam. Belə düşünənlər səhv
edirlər. Yaddan çıxarmamalıdırlar ki,
adi məktəblilərdən
tutmuş alimə kimi hər kəsin
ən yaxın məsləhətçisi məhz
kitabxanaçılardır. Tələbkar oxucuları
razı salmaq, onların tələbatını öyrənə bilmək
üçün ilk növbədə kitabxanaçıdan
yüksək savad tələb olunur. Ona görə də kitabxanaçı daim oxumalı, öyrənməli,
öz peşə biliklərini təkmilləşdirməlidir.
Gənclərə tövsiyə
edirəm, daim oxusunlar, kitabxanaçılıq
ənənəsini yaşatsınlar.
Yeni Mədəni-maarif jurnalı.- 2008.- ¹ 5.- S. 63.