Quliyeva Z.
Yeni Yazarlar və Sənətçilər
Qurumunun təşkilatçılığı,
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, eləcə də Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Yazıçılar
Birliyi İQƏAİM-nin
təşkilati-texniki yardımı
ilə bu ilin mart-iyun aylarını əhatə
edən VIII Bakı kitab bayramı - Milli kulturoloji layihə həyata keçirilir. Kulturoloji layihə çərçivəsində
sərgi, ilin mədəniyyət, ədəbiyyat
hadisələrini əhatə
edən Milli kulturoloji müsabiqə, görüşlər, müzakirələr
və başqa tədbirlər təşkil
olunub.
M.F.Axundov adına Milli Kitabxanada VIII Bakı kitab bayramı - Milli kulturoloji layihənin əsas mərasimi - sərgi, ədəbi-mədəni
ictimaiyyətin görüşü
və mükafatlandırma
mərasimi keçirildi.
Tədbiri Yeni Yazarlar və Sənətçilər Qurumunun
sədri, yazıçı-kulturoloq
Aydın Xan açaraq bildirdi ki, kitab bayramı
Azərbaycan Xalq Cümhuriyyətinin 90, eləcə
də xalq yazıçısı Mir Cəlalın
100 illiyinə həsr
olunub. VIII Bakı kitab bayramı - Milli Kulturoloji Mükafat Komissiyası üzvlərinin son toplantısında
müsabiqəyə təqdim
olunmuş çoxsaylı
(300-dən artıq) ədəbi-mədəni
və kitab-nəşr
layihələrinin sırasında
33 iş uğurlu sayılmış, qaliblərin
mükafatlandırılması qərara alınmışdır.
Mədəniyyət və
Turizm Nazirliyinin məsul işçisi, şair Çingiz Əlioğlunun və Milli Məclisin deputatı Sabir Rüstəmxanlının çıxışından
sonra 2007-ci ilin ayrı-ayrı nominasiyaları
arasında dəyərli
mədəniyyət, ədəbiyyat,
kitab-nəşr məhsulları
sahiblərinə VIII Bakı
kitab bayramının diplom və hədiyyələri verildi.
"Təhsil" nəşriyyatının
direktoru Bəhruz Axundov milli kitab
nəşrini, nəşriyyat-poliqrafiya
mədəniyyətini yüksək
dünya standartlarına
qaldırdığına, peşəkar
poliqrafiya müəssisəsi
kimi fəaliyyət göstərdiyinə;
"Heydər Əliyev
irsi" beynəlxalq elektron kitabxana internet ünvanında 30-a yaxın
dildə dünya oxucusuna ümummilli lider Heydər Əliyevin dəyərli irsini innovativ formada çatdırdığına,
həmçinin çoxsaylı
nəşr məhsulları
ilə ulu öndərin yaratmış
olduğu siyasi dövlətçilik məktəbini
layiqincə təbliğ
etdiyinə;
Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan
tarixinin ən mürəkkəb və şanlı səhifələrindən
birinin müəllifi
- Gəncə xanlığının
başçısı Cavad
xanın ömür yolu haqqında sənətkarlıqla qələmə
aldığı "Ölüm
zirvəsi" əsərinə
və ədəbiyyatımızın
tarixi-bədii nəşr
qolunun inkişafındakı
xidmətinə;
AMEA-nın müxbir üzvü Nizami Cəfərovun seçilmiş
əsərlərindəki elmi
dəyərlərə, intellektual
türkologiyanın inkişafındakı
əhəmiyyətinə və
milli elmimizi dünya səviyyəsinə
qaldırdığına;
"Azərbaycan" qəzetinin
şöbə müdiri,
şair-publisist Flora Xəlilzadə
"Yolum düşə
Zəngəzura" kitabında
indiki Ermənistanın
fiziki, siyasi və mədəni soyqırıma məruz qalmış qədim bir bölgəsinin - Zəngəzurun tarixi, mədəniyyət abidələri,
yer adları, insanları barədə qiymətli faktları arxiv materialları əsasında real təsvirlərlə
yaratdığına;
Milli Məclisin deputatı, yazıçı-publisist
Aqil Abbasın "Dolu" romanında işğalçı Ermənistanın
Azərbaycanın qədim
torpaqlarında - Dağlıq
Qarabağda törətdiyi
vəhşilikləri bədii
ustalıqla təsvir etdiyinə, çağdaş
milli-bədii nəşrimizin
Qarabağ mövzusunda
maraqlı sənət
əsəri kimi;
İctimai Televiziya və Radio Yayımları
Şirkətinin musiqili
bədii və əyləncəli verilişlər
departamentinin direktoru Füzuli İsmayılov, Azərbaycan radiosunun "Səhər" informasiya
proqramının redaktoru
Mübariz Süleymanlı,
85 il ərzində Azərbaycan milli elmi-mədəni ocağı
kimi fəaliyyət göstərən kitab və digər informasiya-vasitələrinin ictimai
saxlanğıcı olaraq
həyata keçirdiyi
çoxsaylı proqram,
tədbir, təqdimat mərasimləri, eləcə
də oxuculara göstərdiyi yüksək
xidmətlərə görə
M.F.Axundov adına Milli Kitabxana qaliblərin sırasında
idi.
Xatırladaq ki, kitabxananın foyesində
"Araz", "Avropa",
"Təhsil", "Mütərcim",
"Azərbaycan" və
digər nəşriyyatların
çap etdiyi yüzlərlə kitab sərgiləndi.
Azərbaycan.- 2008.- 28 may.- S. 12.