M.F.Axundov adına Kitabxanada kitablar
elektronlaşdırılır
Tezliklə azərbaycanlı
oxucular Avropadakı kitabxanaların
elektron məlumat bazasından yararlana
biləcəklər. Azərbaycanın
ən böyük Milli Kitabxanası olan M.F.Axımdov adına
kitabxana kitabxana işini operativ şəkildə qurmaq,
oxucularını razı salmaq üçün beynəlxalq
təcrübəyə əsasən fonddakı kitablarm
elektronlaşdırılmasına başlayıb.
Elektron kitabxana artıq
oxucuların istifadəsinə verilib. Kitabxanada hətta virtual
kitab sifarişləri də həyata keçirilir. Yəni
kitabxanaya gəlməzdən əvvəl lazımi kitabları
sifariş edib, olub-olmadığını
müəyyənləşdirib tez zamanda əldə etmək
olar. Yaxın vaxtlarda, daha dəqiq desək, təxminən bir
aya kitabxana daha bir yenilik edəcək. Azərbaycanlı
oxucular Avropadakı kitabxanaların elektron məlumat
bazasından yararlana biləcəklər. Kitabxananın
direktoru Kərim Tahirovun sözlərinə görə,
Niderlandda Azərbaycan milli kitabxanasının elektron
məlumat bazasının Avropa elektron kitabxanasına daxil olması barədə müqavilə mzalanıb: «Artıq
bir aydan sonra Azərbaycanın
oxucuları Avropa məkanında olan bütün milli
kitabxanaların elektron
məlumat bazasından istifadə edə biləcək.
Yəni Azərbaycan oxucuları əlavə elektron ünvan
yığmadan, birbaşa ünvanla bütün 27 Avropa
Birliyinə daxil olan ölkələrin milli kitabxanalarının
fonduna daxil olub orada axtarış aparmaq, istədiyi
kitabları oxumaq imkanı əldə edəcək. Eyni
zamanda, bu ölkələrin kitabxanalarının oxucuları
da Azərbaycan Milli Kitabxanasının fondundan bəhrələnəcək».
Rabitə dünyası.- 2008.- 1 may.- S. 11.