"Müasir Azərbaycanda
elmin informasiya təminatı və kitabxanalar" kitabı
nəşr olunub
Bu günlərdə "Müasir Azərbaycanda
elmin informasiya təminatı və kitabxanalar" kitabı
nəşr olunub.
Kitabın müəllifi filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli, elmi
redaktoru filologiya
elmləri doktoru,
professor Abuzər Xələfovdur.
İnformasiya ehtiyatlarının həcmi və onlara olan tələbat
artdıqca kitabxanaların
cəmiyyətdəki yeri
və rolu dəyişikliklərə məruz
qalır. Kitabxanalar yeni informasiya texnologiyalarının imkanlarından
istifadə etməklə
yaranmaqda olan informasiya-biliklər cəmiyyətinin
ayrılmaz bir hissəsinə çevrilir.
Belə
olan halda ənənəvi kitabxana
prosesləri ilə
yanaşı bir sıra yeni, müasir kitabxana-xidmət
növləri, kitabxana
işinə yeni yanaşma formaları,
oxucularla işləmək,
kitab fondlarını
zənginləşdirmək üçün yeni metodologiya meydana gəlir. Biliklər
iqtisadiyyatının, cəmiyyətin
inkişaf etdiyi bir dövrdə kitabxanaların işini
yaxşılaşdırmaq, onların sosial, elmi, təhsil funksiyalarını genişləndirmək,
kitabxanaları modernləşdirmək
üçün elmi
yanaşmanın, təcrübəyə
əsaslanan ciddi nəzəri, elmi-tədqiqatların
aparılmasına, bu
tədqiqatların nəticəsinin
ictimailəşdirilməsinə böyük ehtiyac var.
Bu nəşr kitabxanaların
müasirləşdirilməsi və modernləşdirilməsi,
informasiya və kommunikasiya texnologiyaları
ilə təmin olunması, müasir dövrümüzdə bütövlükdə
cəmiyyətin və
elmin informasiya təminatı, kitabxanalararası
beynəlxalq elmi əlaqələrin qurulması
və s. məsələləri
özündə əks
etdirir.
Səs.- 2008.- 20 may.- S. 12.