Mürvətqızı S.

 

Azərbaycan Tehrandakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

 

Mayın 1- açılan 21-ci Beynəlxalq Kitab Sərgisi davam edir. İranın paytaxtında ənənəvi olaraq keçirilən bu sərgidə Azərbaycan İrandakı səfirliyimiz Bakı Kitab Klubu ilə təmsil olunur. Kitab Klubunun direktoru Elxan Rzayevin verdiyi məlumata görə, sərginin bir əlamətdar cəhəti budur ki, orada 87 ölkə ilə yanaşı, ABŞ-ın nüfuzlu "Oksford" nəşriyyatının məhsulları da nümayiş etdirilir. E.Rzayev deyib ki, sərgidə təqribən 20- yaxın Azərbaycan nəşriyyatının işləri sərgilənir. Sərgi təşkilatçıları, istisna hal olaraq, Azərbaycan təmsilçilərinin kitablarının satışına icazə veriblər. Azərbaycan nümayəndələri sərgi çərçivəsində bir sıra işgüzar təkliflər alıblar. Sərgi mayın 11-dək davam edəcək.
   

525-ci qəzet.- 2008.- 9 may.- S. 32.