Sevil
Balakəndə
mərkəzi kitabxana inşa edilib
32 işçisi olan
obyekt gün ərzində ümumilikdə 100 oxucunu qəbul
etmək imkanına malikdir
Dövlət Neft
Şirkəti (ARDNŞ) 2007-ci ilin əvvəllərində
Balakən rayonunda əsası qoyulan mərkəzi
kitabxananın inşasını başa çatdırıb.
2
mərtəbədən ibarət kitabxananın 1-ci
mərtəbəsində elektron oxu zalı yerləşir. Orada
quraşdırılan 10 kompüterdən oxucular istifadə
edəcək, 1 kompüter isə server xidməti
üçün nəzərdə tutulub. Elektron oxu zalı
gün ərzində 70 nəfərə xidmət etmək imkanına
malikdir. 1-ci mərtəbədə həmçinin elektron
kataloq, kitab fondu və metodik təhsil şöbələri
yerləşir. Vahid fondun təşkili, kitab işləmə
şöbələri, iclas və oxu zalları kitabxananın
2-ci mərtəbəsində yerləşir. 36 minlik kitab fondunda
ingilis və rus dillərində elmi-metodik və bədii
ədəbiyyat cəmləşdirilib. Bu kitablardan 11 mini
ölkə prezidentinin müvafiq sərəncamı
əsasında latın qrafikası ilə çap edilən
nəşrlərdir.
32 işçisi olan
kitabxana gün ərzində ümumilikdə 100 oxucunu qəbul
etmək imkanına malikdir. Kitabxananın giriş
hissəsində və ikinci mərtəbənin foyesində
ümummilli lider Heydər Əliyevə həsr olunmuş
guşə yaradılıb. Kitabxana yaxın
günlərdə oxucuların ixtiyarına veriləcək.
Həftə içi.- 2008.- 6 may.- S. 6.