VIII Bakı kitab bayramı keçirilmişdir

 

Yeni Yazarlar Sənətçilər Qurumunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin maliyyə dəstəyi, eləcə Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-nin təşkilati-texniki yardımı ilə bu ilin mart-iyun aylarını əhatə edən VIII Bakı kitab bayramı - Milli kulturoloji layihə həyata keçirilir. Kulturoloji layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat hadisələrini əhatə edən Milli kulturoloji müsabiqə, görüşlər, müzakirələr başqa tədbirlər təşkil olunub.

M.F.Axundov adına Milli Kitabxanada VIII Bakı kitab bayramı - Milli kulturoloji layihənin əsas mərasimi - sərgi, ədəbi-mədəni ictimaiyyətin görüşü və mükafatlandırma mərasimi keçirildi. Tədbiri Yeni Yazarlar Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan açaraq bildirdi ki, kitab bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 90, eləcə xalq yazıçısı Mir Cəlalın 100 illiyinə həsr olunub. VIII Bakı kitab bayramı - Milli Kulturoloji Mükafat Komissiyası üzvlərinin son toplantısında müsabiqəyə təqdim olunmuş çoxsaylı (300-dən artıq) ədəbi-mədəni kitab-nəşr layihələrinin sırasında 33 uğurlu sayılmış, qaliblərin mükafatlandırılması qərara alınmışdır.

Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, şair Çingiz Əlioğlunun və Milli Məclisin deputatı Sabir Rüstəmxanlının çıxışından sonra 2007-ci ilin ayrı-ayrı nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr məhsulları sahiblərinə VIII Bakı kitab bayramının diplom və hədiyyələri verildi.

"Təhsil" nəşriyyatının direktoru Bəhruz Axundov milli kitab nəşrini, nəşriyyat-poliqrafiya mədəniyyətini yüksək dünya standartlarına qaldırdığına, peşəkar poliqrafiya müəssisəsi kimi fəaliyyət göstərdiyinə;
"Heydər Əliyev irsi" beynəlxalq elektron kitabxana internet ünvanında 30-a yaxın dildə dünya oxucusuna ümummilli lider Heydər Əliyevin dəyərli irsini innovativ formada çatdırdığına, həmçinin çoxsaylı nəşr məhsulları ilə ulu öndərin yaratmış olduğu siyasi dövlətçilik məktəbini layiqincə təbliğ etdiyinə;

Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan tarixinin ən mürəkkəb və şanlı səhifələrindən birinin müəllifi - Gəncə xanlığının başçısı Cavad xanın ömür yolu haqqında sənətkarlıqla qələmə aldığı "Ölüm zirvəsi" əsərinə və ədəbiyyatımızın tarixi-bədii nəşr qolunun inkişafındakı xidmətinə;

AMEA-nın müxbir üzvü Nizami Cəfərovun seçilmiş əsərlərindəki elmi dəyərlərə, intellektual türkologiyanın inkişafındakı əhəmiyyətinə və milli elmimizi dünya səviyyəsinə qaldırdığına;

"Azərbaycan" qəzetinin şöbə müdiri, şair-publisist Flora Xəlilzadə "Yolum düşə Zəngəzura" kitabında indiki Ermənistanın fiziki, siyasi və mədəni soyqırıma məruz qalmış qədim bir bölgəsinin - Zəngəzurun tarixi, mədəniyyət abidələri, yer adları, insanları barədə qiymətli faktları arxiv materialları əsasında real təsvirlərlə yaratdığına;
Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbasın "Dolu" romanında işğalçı Ermənistanın Azərbaycanın qədim torpaqlarında - Dağlıq Qarabağda törətdiyi vəhşilikləri bədii ustalıqla təsvir etdiyinə, çağdaş milli-bədii nəşrimizin Qarabağ mövzusunda maraqlı sənət əsəri kimi;
İctimai Televiziya və Radio Yayımları Şirkətinin musiqili bədii və əyləncəli verilişlər departamentinin direktoru Füzuli İsmayılov, Azərbaycan radiosunun "Səhər" informasiya proqramının redaktoru Mübariz Süleymanlı, 85 il ərzində Azərbaycan milli elmi-mədəni ocağı kimi fəaliyyət göstərən kitab və digər informasiya-vasitələrinin ictimai saxlanğıcı olaraq həyata keçirdiyi çoxsaylı proqram, tədbir, təqdimat mərasimləri, eləcə də oxuculara göstərdiyi yüksək xidmətlərə görə M.F.Axundov adına Milli Kitabxana qaliblərin sırasında idi.

Xatırladaq ki, kitabxananın foyesində "Araz", "Avropa", "Təhsil", "Mütərcim", "Azərbaycan" və digər nəşriyyatların çap etdiyi yüzlərlə kitab sərgiləndi.

Azərbaycan.- 2008.- 27 may.- S. 9-10.