Yeni Yazarlar və Sənətçilər Qurumunun ənənəvi VIII Bakı Kitab
Bayramı
Zərəngiz Dəmirçi
Qayalı "2007-ci ilin qadın şairi" nominasiyasının
qalibi oldu
Mirzə
Fətəli Axundov adına Azərbaycan
Milli Kitabxanasında Yeni
Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə ənənəvi VIII Bakı Kitab
Bayramı keçirildi. Qurumun sədri, kulturoloq Aydın Xan (Əbilov), xalq şairi
Sabir Rüstəmxanlı,
Milli Kitabxananın direktoru Kərim Tahirov,
Misir Mədəniyyət
Mərkəzinin direktoru Adel Dərviş,
"Azərbaycan interneşl" jurnalının baş redaktoru Betti Bleyer və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin 90 və görkəmli yazıçımız Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileylərinə həsr
olunmuş kitab bayramı münasibətilə iştirakçıları təbrik edərək,
naşirlərlə müəlliflər,
yazıçılarla oxucular arasında birbaşa
əlaqələrin yaradılmasında, fikir mübadiləsi aparılmasında tədbirin
xüsusi əhəmiyyətini
vurğuladılar. O da bildirildi
ki, bayram çərçivəsində
keçirilən müsabiqələr kitab nəşrinin keyfiyyətinə, müəlliflərin məsuliyyətinin artırılmasında
da mühüm rol oynayacaq. Tədbirdə
VIII Bakı Kitab Bayramı
- Milli Kulturoloji Mükafat Komissiyası müsabiqəyə təqdim olunmuş
300-dən artıq ədəbi-mədəni və kitab-nəşr layihələri arasından 33 nominasiya üzrə qalibləri müəyyən etmişdir. AzərTAc-ın əməkdaşı Zərəngiz Dəmirçi
Qayalı "2007-ci
ilin qadın
şairi", Flora Xəlilzadə "2007-ci ilin publisistik-sənədli kitabı", yazıçı-tərcüməçi Kamran Nəzirli "2007-ci ilin bədii nəsr
kitabı", yazıçı-publisist Aqil Abbas "2007-ci ilin bədii romanı" nominasiyaları üzrə qalib hesab edildilər. Tədbirdə müxtəlif nəşriyyatlar çap nümunələrini təqdim etmiş yeni kitabların sərgisi açılaraq müəlliflərlə naşirlərin, yazıçılarla oxucuların dialoqu təşkil olunmuşdur. Qeyd edim ki, iki
böyük əlamətdar hadisə ilə bağlı keçirilən tədbirdə
Zərəngiz Dəmirçi
Qayalı ikinci dəfə olaraq qadın yazarlar
sırasında ilin
qalibi elan olunmuşdur. Müəllif məhz
yazarlar arasında poetik
axtarışda böyük nailiyyətlər əldə etdiyinə, eləcə də, Qarabağ və şəhidlər mövzusunda çağdaş şeirləri ilə
mütəmadi əsərlər yaratdığına görə,
məhz bu mükafatın sahibi oldu.
Səs.- 2008.- 30 may.- S. 12.