Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli fərmanına dəyişikliklər əlavə edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 2, maddə 92, 2003-cü il, ¹ 10, maddə 585; 2004-cü il, ¹ 1, maddə 24) 2-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1.1. İkinci abzasda “və Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin” sözləri ilə əvəz edilsin.

1.2. Dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
“həmin qanunun 19-cu maddəsinin onuncu hissəsində nəzərdə tutulmuş ”müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini 1-ci bənd üzrə Azərbaycan Mətbuat Şurası, 2-ci bənd üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi öz səlahiyyətləri daxilində, 3-cü və 4-cü bəndlər üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;".

1.3. Aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin, beşinci abzas altıncı abzas hesab edilsin:

“Həmin qanunun 52-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş ”müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir;".

2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2008-ci il

 

Xalq qə­zeti.- 2008.- 9 may.- S. 2