Beynəlxalq Telekommunikasiya İnformasiya Cəmiyyəti Günü qeyd edilmişdir

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Hyatt Regency” mehmanxanasında 17 may- Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə tədbir keçirmişdir. Tədbirdə beynəlxalq qurumların, dövlət sektorunun, qeyri-hökumət təşkilatlarının nümayəndələri, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən özəl şirkətlərin rəhbərləri iştirak etmişlər.
Ölkədə son illər informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafın
ın nəticələri barədə məlumat verən rabitə informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirmişdir ki, bu gün Azərbaycanda İnformasiya Cəmiyyətinə keçidi təmin edəcək siyasət fəaliyyət istiqamətləri ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə aparılır. Onun 2003-cü ildə təsdiq etdiyiAzərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur. Hazırda qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün müvafiq işlər aparılır.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun müraciəti oxunmuş, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin video-müraciəti nümayiş etdirilmişdir.
Mərasim iştirakçılarına 2005-2008-ci illəri əhatə edənElektron AzərbaycanDövlət Proqramı üzrə görülmüş işlər haqqında film nümayiş etdirilmişdir. Bundan əlavə tədbir zamanıTəhsildə qiymətləndirmə işinin avtomatlaşdırılmasının proqram təminatının Onlayn ödəmə sisteminin təqdimatları keçirilmiş, Dünya Telekommunikasiya İnformasiya Cəmiyyəti Gününə həsr olunanAli məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılmışdır. 1-ci yeri Qafqaz UniversitetininQafqaz Şahinləri”, 2-ci 3-cü yerləri isə müvafiq olaraq Bakı Dövlət Universitetinin “İNF 14" ”ENG 1" komandaları tutmuşlar.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Qeyd edək ki, 2006- ildə BMT Baş Assambleyası Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılması münasibətilə 17 may tarixini Beynəlxalq Telekommunikasiya İnformasiya Cəmiyyəti Günü elan etmişdir.
İnformasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə işini gücləndirməyi nəzərdə tutan Beynəlxalq Telekommunikasiya İnformasiya
Cəmiyyəti Gününün builki mövzusu əlil insanların informasiya-telekommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılmasıdır.

 

Xalq qəzeti.- 2008.- 18 may.- S. 4.