"Netty" Mil­li İn­ter­net mü­ka­fa­tı­nın təq­di­mat mə­ra­si­mi keçiril­di

 

17 may Ümum­dün­ya İn­for­ma­si­ya Cə­miy­yə­ti gü­nü Ba­kı Əy­lən­cə Mər­kə­zin­də ənə­nə­vi"Netty" Mil­li İn­ter­net Mü­ka­fa­tı­nın təq­di­mat mə­ra­si­mi ke­çi­ril­di. Uzun sü­rən səs­ver­mə təh­lil­lər­dən son­ra (5 fev­ral-17 may) Lit.az por­ta­lı mü­sa­bi­qə­nin "Mə­də­niy­yət in­cə­sə­nət" no­mi­na­si­ya­sın­da qa­lib gə­lə­rək bi­rin­ci ye­rə la­yiq gö­rül­dü. Təd­bi­ri gi­riş sö­zü ilə açan mü­sa­bi­qə­nin təş­ki­lat ko­mi­tə­si­nin üz­vü Vya­çes­lav Sa­pu­nov "Netty" mü­sa­bi­qə­si ba­rə­də ət­raf­lı mə­lu­mat ver­di. Bil­dir­di ki, bu il 4-cü də­fə təş­kil olu­nan mü­sa­bi­qə­də 350 sayt na­mi­zəd­li­yi­ni irə­li sü­rüb.On­lar­dan 11 no­mi­na­si­ya­da 40-a ya­xın sayt fi­na­la çı­xıb. 11 sayt isə bi­rin­ci­lik əl­də edib. Be­lə­lik­lə, "Döv­lət say­tı" no­mi­na­si­ya­sı üz­rə- www.ta­xes.gov.az -Ver­gi­lər Na­zir­li­yi­nin say­tı, "Kor­po­ra­tiv sayt" no­mi­na­si­ya­sı üz­rə - www.bank­res­pub­li­ka.az- "Bank Res­pub­li­ka"nın say­tı, "Elm, təh­sil say­tı" no­mi­na­si­ya­sı üz­rə- www.ka­ta­rak­te.net- Ka­ta­rak­ta əley­hi­nə mü­ba­ri­zə say­tı, "Mə­də­niy­yət in­cə­sə­nət" no­mi­na­si­ya­sı üz­rə - www.lit.az- Lit.az-Azər­bay­ca­nın Ədə­biy­yat por­ta­lı, "Ser­vis sayt" no­mi­na­si­ya­sı üz­rə - www.job­se­arch.az- İş ax­ta­rı­şı por­ta­lı "Əy­lən­cə say­tı" no­mi­na­si­ya­sı üz­rə - www.open.az - Əy­lən­cə­li mu­si­qi say­tı, "İd­man say­tı" no­mi­na­si­ya­sı üz­rə - www.agf.az - Azər­bay­can Gim­nas­ti­ka Fe­de­ra­si­ya­sı­nın say­tı, "Azər­bay­can" no­mi­na­si­ya­sı üz­rə- www.mu­se­um.mu­si­gi-dun­ya.az - Üze­yir Ha­cı­bə­yo­vun Vir­tu­al Mu­ze­yi say­tı, "Şəx­si sayt" no­mi­na­si­ya­sı üz­rə -www.ada­lets­hu­ku­rov.az - Mü­ğən­ni Əda­lət Şü­kü­ro­vun say­tı, "Cə­miy­yət" no­mi­na­si­ya­sı üz­rə - www.4uth.az - Cə­nu­bi Qaf­qaz gənc­lə­ri­nin rep­ro­duk­tiv sağ­lam­lı­ğı say­tı qa­lib gəl­di­lər. Təd­bir­də iş­ti­rak edən Lit.az Ədə­biy­yat por­ta­lı­nın rəh­bə­ri Ca­vid Cə­fər­za­də baş re­dak­tor Ba­rat Ta­lıb­za­də təq­di­mat za­ma­nı çı­xış edə­rək mü­sa­bi­qə ba­rə­də fi­kir söy­lə­di­lər. "Bi­zim üçün çox də­yər­li olan bu mü­ka­fa­ta la­yiq gö­rü­lər­kən "Netty" mü­sa­bi­qə­si­nin ke­çi­ril­di­yi ilk il­lə­ri xa­tır­la­yı­ram. "Hə­min vaxt mü­sa­bi­qə­nin təş­ki­lat­çı­la­rı id­dia edir­di­lər ki, mü­əy­yən bir vaxt ke­çə­cək "Netty" Azər­bay­can­da ən cid­di mö­tə­bər mü­sa­bi­qə­yə çev­ri­lə­cək. Za­man keç­di, il­lər öt­dü biz­lər əmin ol­duq ki, bu id­dia­lar əsas­sız de­yil­miş. Bə­li, bu gün bir­mə­na­lı ola­raq, qeyd edə bi­lə­rik ki, "Netty" mü­ka­fa­tı­nı tə­sis edən­lər, qa­lib­lə­ri mü­əy­yən­ləş­di­rən­lər Azər­bay­can­da in­for­ma­si­ya re­surs­la­rı­nın, in­ter­net eh­ti­yat­la­rı­nın, mil­li elekt­ron kon­tent­lə­rin ən ob­yek­tiv qiy­mət­lərn­dir­mə me­xa­niz­mi­nə əsas­la­nır öz işi­nin öh­də­sin­dən la­yi­qin­cə gə­lir" de­yə Ca­vid Cə­fər­za­də bil­dir­di. Öz növ­bə­sin­də, Ba­rat Ta­lıb­za­də çı­xış edə­rək mü­sa­bi­qə­nin təş­ki­lat­çı­la­rı­na, "Netty" Aka­de­mi­ya­sı­nın mün­sif­lə­ri­nə, elə­cə , Lit.azfi­nal­çı­lar ara­sı­na çı­xar­mış vir­tu­al jü­ri üzv­lə­ri­nə bü­tün kol­lek­ti­vi­mi­zin adın­dan tə­şək­kür et­di. Mü­ka­fa­tı Lit.az-ın nü­ma­yən­də­lə­ri­nə təq­dim edən Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət Tu­rizm Na­zir­li­yi­nin ana­li­tik təh­lil proq­ram tə­mi­na­tı şö­bə­si­nin mü­di­ri Ha­bil Ab­ba­sov Azər­bay­can Res­pub­li­ka­sı Gənc­lər İd­man Na­zir­li­yin nü­ma­yən­də­si çı­xı­şın­da qa­lib por­tal ba­rə­də xoş söz­lər səs­lən­dir­di, re­sur­sun əhə­miy­yə­tin­dən da­nış­dı. Təd­bir­də qa­lib­lə­rə "Netty"nin sim­vo­lu, dip­lom, elə­cə , "Əli Ni­no" ki­tab evi­nin qiy­mət­li hə­diy­yə­lə­ri təq­dim olun­du.

 

Səs.- 2008.- 20 may.- S. 12.