Sultan M.

 

"İnformasiya texnologiyaları laboratoriyası açılıb

 

Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin İnformatika kafedrasının nəzdində "İnformasiya texnologiyaları" laboratoriyasının açılışı olub. Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə təsadüf edən açılış mərasimində universitetin rektoru, akademik İsa Həbibbəyli dahi öndərin anadan olmasının 85-ci ildönümü münasibətilə universitetdə keçirilən rəngarəng tədbirlərdən danışıb. Rektor Heydər Əliyevin müstəqil Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının inkişafı, milli elmin, təhsilin dünya elminə, təhsilinə inteqrasiya olunması istiqamətində gördüyü çoxşaxəli işlərdən danışıb. İsa Həbibbəyli son illər ərzində universitetdə informasiya kommunikasiya texnologiyalarının tətbiqi sahəsində atılan uğurlu addımlardan, ilk videokonfransın və videodərsin reallaşdırılmasından, "Elektron Naxçıvan" proqramının həyata keçirilməsindən, fibrooptik kabelin çəkilişi, internet mərkəzlərinin və videokonfrans zallarının fəalliyyətlərindən bəhs edib. Natiq universitetin informasiya texnologiyaları sahəsində universitetin bir sıra beynəlxalq təşkilatları və ali təhsil ocaqları ilə əlaqəsindən danışıb, müasir tələblərə cavab verəcək, internetə bağlanan "İnformasiya texnologiyaları" laboratoriyasının açılışının əhəmiyyətini qeyd edib.

Fizika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Fərman Qocayev, fakültənin "İnformatika" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Qadir Qurbanov, riyaziyyat-informatika ixtisası üzrə I kıırs tələbəsi Könül Məmmədova çıxış edərək laboratoriyanın təşkili, dəqiq elmlərin, xüsusilə informatikanın mənimsənilməsi üçün yaradılan yüksək şəraitə görə muxtar respublika və universitet rəhbərliyinə minnətdarlıq bildiriblər.

Universitetin elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktonı Vəli Hüseynov dünya elminin ən son nailiyyətlərinin mənimsənilməsi və tətbiqi üçün informatikanın və xarici dillərin nıənimsənilməsinin əhəmiyyətindən, informasiya kommunikasiya texnologiyalarının öyrənilməsi və tətbiqi üçün universitetdə hər cür elmi potensial və maddi-texniki baza olmasından danışıb. Prorektor universitetin proporsional inkişafına, dəqiq elmlərin öyrənilməsinə xüsıısi diqqət və qayğı göstərən rektor, akademik İsa Həbibbəyliyə kollektiv adından minnətdarlığını bildirib.

 

Azad Azərbaycan.- 2008.- 11 may.- S. 5.