Şamilqızı Ü.
Göy-göl Milli Parkı turistlər üçün cəlbedici
olacaq
Burada turizmin
inkişafı yerli əhali üçün iş yeri və
əlavə gəlirlər deməkdir
Azərbaycan
özünəməxsus çeşidli turizm
obyektləriylə zəngindir və bu da özünü
fərqli surətdə biruzə verir. Artıq
Azərbaycanda 8 milli park yaradılıb, bunların 9-cusu isə Göy-göldür. Göy-göl,
Maralgöl kimi incilərin və digər füsünkar təbiət nümunələrinin
bu ərazidə olduğunu nəzərə
alsaq bölgənin turizm potensialının nə dərəcədə
yüksək olduğunu
görərik. Məhz
bu səbəbdən milli parkların yaradılmasında əsas
məqsəd həmin
ərazilərdə yaşayan
əhalinin təbiətlə
maraqlanması, eko-turizmin
inkişafı, elmi-tədqiqat işlərinin
aparılmasından ibarətdir.
SSSR dövründə Azərbaycanda
milli parklar mövcud olmayıb. Yalnız 2000-ci ildən etibarən respublikamızda
milli parkların yaradılması ön plana çəkilib.
Göy-göl
Dövlət Təbiət Qoruğunun direktoru Bilal Verdiyev
"Xalq Cəbhəsi"nə verdiyi müsahibəsində
Göy-göl Dövlət Qoruğunun necə yaranması haqqında
danışdı: "Göy-göl respublikanın ən
gözəl təbiət muzeyi sayılır. Bu Azərbaycanda yaranan ilk qoruqdur.
1925-ci ildə yaranıb.
Hələ 1910-12-ci illərdə qoruq yaranmamışdan əvvəl rusiyalı səyahətçilər bu
ərazilərin gözəlliyini
görüb, bu haqda çox fikirlər söyləyiblər.
1912-cü ildə rusiyalı
səyahətçi Sakalov
buranı ziyarət etdikdən sonra, 1913-cü
ildə Rusiyada keçirilən Təbiətsevərlər
və Həkimlərin
12-ci Qurultayında Göy-göl
haqqında geniş məruzə ilə çıxış edib.
O, buranın təmiz havası, tayı-bərabəri olmayan, turizmin inkişafı üçün çox əlverişli olması haqqında müzakirələr
aparıb. Daha sonra inqilablar baş verdi və Sovet hakimiyyəti
yarananda ilk dəfə olaraq Azərbaycanda 1925-ci ildə
Göy-göl Dövlət
Təbiət Qoruğu
elan olundu. Qoruq yarandığı dövrdən 1948-ci ilə
kimi ərazisi təqribən 1200 hektar olub və həmin
ildə elə o qədər də onun meşə
sahəsinə əlavə
ediblər. Yəni bu ərazilərdə genişlənmələr olub
və qoruğun sahəsi 1958-ci ildə daha da böyüdülərək
6739 hektara çatdırılıb.
Lakin
1961-ci ildə SSSR Ali Sovetinin qərarı ilə Azərbaycanda bir neçə ovçuluq təsərrüfatı,
Göy-göl Dövlət
Təbiət Qoruğu
ləğv edildiyinə
görə, qoruğun
ərazisi parçalanaraq
meşə hissəsi
Gəncə Meşə
Təsərrüfatına, açıq sahəsi isə Dövlət Torpaqları Fonduna qaytarılıb. Bu hadisələrin baş verməsi bir çox alimlərin narazılığa səbəb
olub və Milli Elmlər Akademiyasının üzvlərinin
SSSR Ali Sovetinə müraciətindən sonra,
1965-ci ildə Göy-göl
təkrarən Dövlət
Təbiət Qoruğu
elan edilib. Ümumiyyətlə qoruqla
milli park arasında əsas fərq ondadır ki, qoruqda bütün
təsərrüfat işləri
qadağan olunur, ancaq ərazi milli park olanda
birinci növbədə
burada eko-turizmin inkişafına xüsusi önəm verilir. Yəni həmin yerlərdə turistlərin
hərəkəti üçün
xüsusi cığırlar
yaradılır".
Bilal Verdiyev Göy-göl Dövlət
Təbiət Qoruğu
olanda ərazisi 6739 hektar olub, lakin
indi Milli Park yaranandan sonra onun sahəsinin
12755 hektara çatdırıldığını
bildirdi: "Bu 12755 hektar ərazinin 5094 hektraı meşə, 109 hektarı su, yerdə qalan hissəsi isə açıq və dağ sahələridir ki, biz o
dağ sahələrini
xüsusi olaraq çöl heyvanlarının
orada yaşaması, onlar miqrasiyası üçün nəzərdə
tutmuşuq. Dağ sahələrində ən
çox bezuar dağ keçiləri yaşayır. Daha sonra orada dağ
kəklikləri, ular,
bir neçə Qafqaz tetrası kimi nadir heyvanlar
da var. Bu
ərazilər Milli Parkla birləşdiriləndə
həmin heyvanlar burada mühafizə olunmaq üçün xüsusi qoruq yuvasına salınır və qeyd etdiyim
cığırlar turistlər
üçün məhz
bu yerlərdən salınacaq. Hazırda ölkədə eko-turizmlə məşğul
olan insanlar çox az olduğu
üçün bu səbəbdən biz indi turistləri az qəbul edirik.
Artıq Milli Parklar yaranır və turizm getdikcə inkişaf etdiriləcək. Göy-göl
Milli Parkı da məhz bu
səbəbdən yaradılır.
Bu parkın yaranması həmçinin
Azərbaycanda yaşayan
insanların Göy-gölü
görməsinə şərait
yaradacaq. Eyni zamanda parkın yaranması həmin ərazilərdə yaşayan
insanların həyatında
mühüm rol oynayacaq. Belə ki, bura gələn
turistlər Göy-gölün
ətrafında olan kəndlərdə yaşayan
insanların həyat tərziylə maraqlanacaq. Yəni turistlər həmin ərazilərdə
yaşayan kədlilərin
evlərində yerləşdirilsə,
bu həmin ev sahiblərinin dolanışıqları üçün
də müsbət bir nəticə verəcək, yəni onların yeni qazanc yolu olacaq.
Bizim ölkə geniş mədəniyyətə
malikdir, bu kəndlərdə yaşayan
insanlar toxuculuq, heyvandarlıq və digər işlərlə
məşğul olurlar.
Bu da istənilən
halda bizim mədəniyyətin həm
dünyada yayılmasına,
həm də turistlər vasitəsilə
həmin yerlərdə
yeni iş yerlərinin açılmasına
səbəb olacaq. Kənd şəraitində
yaşayan insanlar arasında kasıbçılığın
aradan qaldırılması
üçün dövlətin
atdığı ən
uğurlu addımlarından
biri də Göy-göl Milli Parkının yaradılması
olacaq".
Müsahibimin sözlərinə
əsasən, Göy-göldə bəzi heyvanların kökü kəsilmək üzrə
olub: "Burada maralın kökü artıq kəsilirdi,
2003-cü ildə bura
qoruq olduğu dövrdə, bu ərazidə qeydiyyatda olan yalnız 2 maral var idi.
Lakin 2008-ci ilin yanvarında apardığımız
saymada 26 maralı öz gözlərimizlə
görmüşük, əlavələri
haqqında isə məlumatlarımız var.
Artıq parkın mühafizəsi daha yaxşı olduğu üçün maralların
ovlanmasının qarşısı
çox ciddi şəkildə alınıb,
bu səbəbdən hətta onları Toğana kəndinin lap yaxınlığında
belə görmək olur. Bundan başqa
burada Milli Parkın xüsusi administirativ binası, turistlərin qarşılanması
üçün müxtəlif
xidmət sahələri,
informasiya mərkəzi,
ətraf mühiti və heyvanları mühafizə edən postu və s.
yerlərin tikilməsi
nəzərdə tutulub.
Göy-gölün Milli
Park elan olunmasının onun dünyada tanınmasında
böyük rolu olacaq".
Bu ərazidə Göy-göldən başqa 17 xırda göl də var: "Bu 17 göldən 14-nün adı
xalq arasında daha çox tanınır, bunlar Maralgöl, Zəli, Qara, Güzcü, 2-ci Zəli gölü, Ördək, Quş, Ayı, Çoban, Turist və s. göllərdir. Adları çəkilən
göllərin hər
biri özünə məxsus şəkildə
gözəl, füsünkar
və möcüzəlidir.
Bundan əlavə bu ərazilərdə ağacların kəsilməsinə
də ciddi nəzarət olunur. Düzdür, indi bu hallara rast
gəlinmir, ancaq belə bir fakt
olsa belə həmin brakanyerlər böyük məbləğdə
cərimə olunurlar.
Bu səbəbdən də artıq biz bu faktlara
rast gəlmirik. Ümumiyyətlə qoruğun
17 yeqeri (post-red.) var, amma Milli
Park olduqdan sonra burada yeqerlərin
sayı daha çox olacaq. Burada həmçinin bir çox xəstəliklərin müalicəsi
üçün 423 növdə
olan bitkilər var. Bunların 76 növü ağac və kollardır, yerdə qalanları isə çəmənlik,
dərman və zəhərli bitkilərdir.
Onu da qeyd
edim ki, bura təkcə yay aylarında deyil, Göy-gölün qışı daha gözəl olur. Burada hətta qış aylarında xizək sürmək üçün şərait
var. Qış turizminin inkişafı üçün bu ərazilər çox əlverişlidir".
Bilal Verdiyev qeyd etdi
ki, Göy-göl rəsmi olaraq Milli Park elan
olunduqdan sonra turistlər, ümumiyyətlə
bura gələnlər
üçün xüsusi
qiymətlər təyin
olunacaq və buradan əldə olunan vəsait sırf parkın işlərinə yönəldiləcək.
Xalq cəbhəsi.- 2008.- 17 may.- S. 13.