Babayeva T.

 

O yerdə tariximiz uyuyur

Azərbaycan Tarixi Muzeyində 300 mindən çox eksponat saxlanılır

 

Son illər Bakıda "Burada tikinti gedir! Müvəqqəti narahatlığa görə üzr istəyirik!" sözlərinə demək olar ki, hər addımbaşı rast gəlinir. Mərkəzi küçələri əhatəyə alan dəmir lövhələr arxasında çoxmərtəbəli binalar, supermarketlər, şadlıq sarayları, istirahət mərkəzləri ucalır. Bunların sırasında həmçinin mədəni-tarixi əhəmiyyətli binalar da tikilir ya təmir olunur.

Ölkə başçısının sərəncamı ilə paytaxtın ən böyük muzeylərində, teatr kinoteatrlarında yenidənqurma işləri gedir. Onların bəziləri artıq bərpa edilərək istifadəyə verilib. Belə binalardan biri milyonçu xeyriyyəçi H. Z. Tağıyevin evində yerləşən, əsası 1920-ci ildə qoyulan Azərbaycan Tarixi Muzeyidir.

1901-ci ildə inşa edilən bu muzeyin binası Bakının ən gözəl memarlıq abidəsi hesab olunur. Qərb Şərq memarlıq üslublarını özündə birləşdirən binanın əsrarəngiz ornamenti indinin özündə muzeyə gələnləri valeh edir, onların ruhunu oxşayır. Amma son dövrlər bu memarlıq incisi uzun illər əsaslı təmir olunmadığından yararsız vəziyyətə düşmüşdü. Nəhayət, üç il bundan əvvəl ölkə başçısının göstərişi əsasında binanın əsaslı təmiri bərpası işlərinə başlanıldı. Muzeydə bərpa işlərini "Azəraqrar" Tikinti Birliyi İtaliyanın "Eleca" şirkəti apardı. Yerli şirkət binanın özülünün bərkidilməsi, dam örtüyünün, qapı pəncərələrin dəyişdirilməsi, döşəmələrin, sanitariya qovşağının, elektrik xətlərinin bərpası, binanın xarici daxili divarlarının yuyulmasını həyata keçirdi. Muzeyin Qərb Şərq zallarında isə italyanlar çalışıblar. Restavrator Daria Perrone dekorasiyanın maksimum orijinal formada saxlandığını deyir. Həm yerli, həm əcnəbilərdən ibarət işçi qrup bəzəklərin yenidən işlənməsində zərgər dəqiqliyinə, təmir-bərpa işlərində əvvəlki görünüşün tamamilə saxlanması şərtinə riayət ediblər. Avropanın bir sıra ölkələrində memarlıq abidələrinin bərpasına imza atan restavrator xanımın dediyinə görə, binanın yenidən qurulmasında bir sıra problemlərlə üzləşiblər. Ən əsas çətinlik divarlar arasında suyun toplanmasından yaranıb. Muzey binasına şimal tərəfdən gün işığı düşmədiyindən bu hissə rütubətli olur. Sement divarlar isə havanı keçirmədiyi üçün su buxarlanmır divarların arasına dolur. Bərpaçılar xüsusi avadanlıqlar vasitəsilə divarlardan suyu duzu çıxarıblar. Gələcəkdə eyni vəziyyət təkrarlanmasın deyə, sement örtük hava keçirən divarların nəfəs almasına imkan verən materialla əvəz edilib. Zəlzələ zamanı binanın bəzi yerlərində yaranan dərin çatlara da xüsusi diqqət yetirilib. Binanın ikinci mərtəbəsində yerləşən H.Z.Tağıyevin ev muzeyi qədim fotoşəkillərə əsasən bütünlüklə əvvəlki vəziyyətinə gətirilib, Şərq Avropanın klassik memarlıq üslubunda bəzədilmiş otaqlarda, salonlarda dəqiq bərpa işləri aparılıb. Yaxın günlərdə istifadəyə verilən muzey ziyarətçilərini qarşılamağa tam hazırdır. Bunu nəzərə alaraq, təmirdən sonra muzeyin ekspozisiyasında hansı dəyişikliklərin edildiyini öyrənmək məqsədilə muzeyə yollandıq. Elə muzeyə daxil olarkən, təkcə onun zahiri görünüşünün deyil, daxili xidmət strukturunda da dəyişiklik edildiyini hiss etdik. Belə ki, bundan sonra muzeyə baş çəkənlər ayaqqabılarının üstündən xüsusi salofanlar geyinəcəklər. Bu, yüz il əvvəlki formada bərpa edilən döşəmələrin korlanmaması naminə görülən tədbirlərdən biridir. Digər yeniliklər barəsində isə muzeyin elmi işçisi Ayəndə Dadaşova məlumat verdi.
- Muzeyin ekspozisiyası bütünlüklə yenidən qurulub, eksponatlar fərqli, daha maraqlı formada təqdim olunub. Ekspozisiyanın əsas hissəsini ölkəmizin qədim dövrlərindən tutmuş indiyə-qədərki tarixini əks etdirən elmi eksponatlar təşkil edir. Maddi mənəvi mədəniyyət nümunələrimiz, siyasi-tarixi, sosial-iqtisadi həyatımızın göstəriciləri olan bir çox sənədlər məhz bizim muzeydə saxlanılır. Muzey eksponatlarının ümumi sayı 300 000-i ötür. Onların müəyyən hissəsi ekspozisiyaya daxil edilib, qalanları isə numizmatik, arxeoloji, etnoqrafik, silah, elmi arxiv, neqativlər, nadir kitablar fondlarında saxlanılır. Qeyd etməliyəm ki, muzeyimizin numizmatika şöbəsi qədim pulların sayına görə Rusiyanın Ermitaj Muzeyindən sonra ikinci yerdə durur. Təmirdən sonra muzeydə bir çox yeniliklər edilib. Məsələn, indi bütün otaqlarda eksponatlar, onların məxsus olduğu dövr barəsində məlumatların əks olunduğu monitorlar qoyulub. Bundan başqa, ziyarətçilər üçün üç -Azərbaycan, rus ingilis dillərində elektron bələdçi hazırlanıb. Eksponatların lazımi hərarətdə saxlanılması üçün xüsusi termometrlər quraşdırılıb. Muzeyin mühafizə xidməti tamamilə yeniləşdirilib. Mükəmməl siqnalizasiya sistemi quraşdırılıb, otaqların hamısında izləyici kameralar işləyir.

- Ayəndə xanım, muzeyin ekspozisiyasına hansı yeni eksponatlar daxil edilib?

- Bu yaxınlarda bizə arxeoloqların yeni tapıntısı olan daş heykəllər təqdim olunub. Bütpərəstlik dövrünə aid olan bu qədim heykəllər Şamaxıdan tapılıb. 19-cu əsrə məxsus nadir xalçalar, qədim əmək alətləri, bəzək əşyaları, küplər almışıq. Qədim əşyaları əldə etməkdə bizə əhali kömək edir. Düzdür, bəzən qədim əşya tapan bir adam bunun həddən artıq bahalı olduğunu düşünüb, onu muzeyə böyük məbləğə satmaq istəyir. Amma təbii ki, mütəxəssislər həmin əşyaya uyğun qiymət qoyurlar. Biz qədim eksponatların toplanması istiqamətində işimizi bir az da artıracağıq. Çünki qədim eksponatları əldə etmək üçün dövlət tərəfindən bizə kifayət qədər maliyyə vəsaiti ayrılıb.

- Bəs, Azərbaycana aid olan, amma müxtəlif səbəblərdən xaricdə saxlanılan qədim əşyaları tarixi sənədləri almağa imkanınız var?
- Bu çox çətindir hətta deyərdim ki, mümkün olmayan bir işdir.

lbəttə, biz çox istərdik ki, məsələn Şah İsmayılın taxtı, ona məxsus olan Böyük Biritaniyanın Viktoriya muzeyində saxlanılan xalça bizim muzeydə olsun. Yaxud, Almaniya muzeylərində Azərbaycana məxsus bir çox qədim əşyalar var ki, onları bura gətirmək istəyərdik. Amma əfsuslar olsun ki, bu qədim əşyalar sənədlər artıq həmin muzeylərin toxunulmaz eksponatlarına çevrilib.

- Muzeyin əlavə fondlarındakı eksponatlardan ibarət sərgilər təşkil etmək fikriniz varmı?

- Belə sərgilər keçirmək fikrimiz var. Biz əsas ekspozisiyanı dəyişməyəcəyik. Çünki muzeyin bir hissəsində sərgi salonumuz var. Hazırda orada təmir işləri tamamlanmaq üzrədir. Uzun illər həmin salonda tibb arxivi yerləşirdi. Sonra isə həmin salon da bütünlüklə muzeyə verildi. Burada muzeyin eksponatları əsasında müxtəlif mövzulu sərgilər təşkil olunacaq. Həmçinin, bayramlar, tarixi günlərimizə aid sərgilər qurulacaq.

- Tarix Muzeyinin xarici muzeylərlə əməkdaşlığı hansı səviyyədədir?

Bir çox xarici ölkələrin muzeyləri ilə əməkdaşlıq edirik. Deməliyəm ki, onların bizim ölkəmizə, onun tarixinə mədəniyyətinə böyük marağı var. Bu yaxınlarda Norveçdə bizim muzeyin eksponatları təxminən iki ay ərzində nümayiş olundu. Orada hər dövrə aid eksponatlar, o cümlədən arxeoloji nümunələr, qədim xalçalar göstərilmişdi. Bu eksponatlar norveçlilərdə böyük marağa səbəb olmuşdu. Bu il Almaniyada Azərbaycan günləri keçiriləcək. Həmin tədbir çərçivəsində bizim muzeyin eksponatları təqdim olunacaq. Gələcəkdə digər əcnəbi muzeylərlə əlaqə yaratmaq planlarımız var. Çünki Azərbaycan tarixinin, mədəniyyətinin təbliği Qarabağ münaqişəsi, ermənilərin bizim maddi mənəvi sərvətlərimizi mənimsədiyi bir dövrdə bu, çox vacib məsələdir.

 

Xəzər.- 2008.- 24 may.- S. 18.