Xocalı ekspozisiyaları müsəlman muzeylərində\

 

İstanbulda İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) və Dialoq və əməkdaşlıq naminə İslam Konfransı Gənclər Forumunun (İCYF-DC) birgə təşkil etdiyi “XX əsrdə müsəlman icmalarına qarşı törədilmiş qırğınların xatirə günü” adlı İKT ekspertlərinin hökumətlərarası görüşü təşkil olunub. Xəbəri Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidməti yayıb.
   İKT ekspertlərin hökumətlərarası görüşündəMüsəlman xalqlarının icmalarının humanitar faciələrinin xatirə günü dair kommünike, xatirə günlərinin qeyd olunması haqda birgə fəaliyyət planı, “XX əsrdə müsəlmanların üzləşdiyi humanitar faciələrə dair məruzəkimi mühüm sənədlər qəbul olunub.  
   Müsəlmanlara qarşı törədilmiş qırğınların xatirə gününün müəyyən edilməsi, bu istiqamətdə geniş tədqiqatların aparılması, təcavüz kütləvi qırğınları açıqlayan qeyri-formal milli tədris proqramlarının hazırlanması, qaçqın zərər çəkmişlə humanitar yardımların göstərilməsi, İKT-ya üzv ölkələrin milli muzeylərində daimi ekspozisiyaların quraşdırılması, xatirə gününə həsr edilmiş rəsm, poeziya, esse sair yaradıcı məhsulların  sərgilənməsi, xüsusi veb-saytın yaradılması kimi tədbirlərin keçirilməsi qərara alınıb.
   Eyni zamanda  tədbirdə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası sivilizasiyalararası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülənXocalıya Ədalət - Qarabağa Azadlıqkampaniyasına 2009-cu ilin fevral ayında İKT üzv ölkələrinin start verilməsi təsdiq edilib.  
   İclasın məruzəçisi seçilmiş Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq proqramlar sektorunun müdiri Yaşar Hüseynli geniş məlumatla çıxış edib.
   XX əsrdə Azərbaycan xalqına qarşı erməni təcavüzkarları tərəfindən törədilmiş cinayətlər haqqında geniş təqdimat nümayiş etdirilib, beynəlxalq təşkilatlar İslam Konfransı üzv ölkələrinin nümayəndələrinə 31 mart 1918-ci il - Azərbaycanlıların soyqırımı, 20 yanvar 1990-cı il milli matəm günü, 26 fevral 1992-ci il Xocalı soyqırımı haqqında əyani məlumat verilib.
   Daha sonra Xocalı soyqırımı erməni qəsbkarları tərəfindən icra edilmiş cinayətlərin rəmzi kimi XX əsrdə müsəlman icmalarına qarşı törədilmiş qırğınların siyahısına daxil edilib.

 

Gün.- 2008.- 23 may.- S. 14.