Vəfalı T.

Gəncədə muzey qalmaqalı səngimir

 

Gəncə şəhərində diqqətdən kənarda qalan dövlət əhəmiyyətli əksər strateji obyektlərin bərbad durumu, onların bərpası əsaslı təmiri haqqında edilən çoxsaylı müraciətlərə aidiyyəti qurumların rəhbərliklərinin məhəl qoymaması barədə qəzetimizdə məlumat vermişdik. Qeyd edək ki, istər qədim paytaxtdakı, istərsə Bakı şəhərindəki məsələyə aidiyyəti olan bəzi məmurların sayğısızlıq biganəlik göstərməsi üzündən sözügedən problem günbəgün dərinləşməkdədir. Haqqında söhbət gedən obyektlərdən biri olan Fikrət Əmirov adına Dövlət Filarmoniyasının binasının əsaslı təmiri üçün Mədəniyyət Turizm Nazirliyinə (MTN) edilən müraciətə hələ müsbət cavab verilmədiyindən, həmçinin maliyyə problemi çözülmədiyindən həmin obyektin durumu ağır olaraq qalmaqdadır. Digər tərəfdən bir neçə metrliyində "göydələn" tikildiyindən sözügedən binanın zirzəmisində divarlarında çatların yaranması digər problemlərin yaşanması, obyektin xırda yeraltı təkan nəticəsində uçulub-dağılacağı barədə müxtəlif məlumatlar yayılıb. Muzeyin ərazisi satılıb Təkcə adıçəkilən filarmoniyada deyil, Gəncədəki əksər muzeylərdə analoji vəziyyət hökm sürməkdədir. Öncə bildirək ki, Azərbaycanda mövcud olan 193 muzeydən 20-si Bakıda, 5-i Gəncədə, 22-si isə işğal olunmuş rayonlarımızdadır. Sonunculara məxsus 40 min eksponatı isə ermənilər özününküləşdiriblər. Qədim paytaxtdakı 5 muzeydən 2-si, yəni Heydər Əliyev adına Xatirə Muzeyi Mir Cəlal Paşayevin ev muzeyi son illərdə tikilib təmir olunduğundan hər iki obyektdə normal şərait durum mövcuddur. Digər muzeylərdə isə əsaslı təmir işlərinin aparılmasına zərurət var. Üstəlik, həmin obyektlərdə eksponantların davamlı olaraq artırılması isə qədim tariximizi uzaq keçmişimizi özündə əks etdirən maddi-mənəvi sərvətlərimizin qorunub-saxlanılması, qədimliyimizin cizgilərinin daim xatırlanması baxımından vacib amillərdəndir. Ən ürəkağrıdan faktlardan biri odur ki haqqında söhbət gedən muzeylərin əraziləri qeyri-qanuni olaraq tikinti-inşaat şirkətlərinə satılır. Məsələn, elə götürək Atatürk prospektində yerləşən Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinin ərazisini. Uzun zamandır həmin məkanda tikinti işlərinə start verilib. Muzeyin 6-8 metrliyində çoxmərtəbəli bina inşa olunur. Həmin "göydələn" öz növbəsində sözügedən obyekt üçün ciddi təhlükələr yaratmaqda davam edir. Ən dəhşətlisi odur ki, inşaat firmasının tikinti üçün icazə verən qurumların rəhbərlikləri dövlət əhəmiyyətli obyektlərdən ən azı 25 metr aralı məsafədə hər hansı bir tikinti işinin aparılması, eyni zamanda binaların inşa olunması ilə əlaqədar mövcud qanunvericiliyə məhəl qoymurlar. "Qatır Məmməd"in heykəli yoxa çıxıb... Bunlar azmış kimi, haqqında bəhs etdiyimiz muzeyin qarşısındakı ərazi çoxsaylı avtomobillərin gündəlik cəmləşdiyi maşın dayanacağına çevrilib. Bu cür hallar dünya muzeylərinin qanunlar toplusuna əsasən yolverilməz sayılsa da, bu məsələyə etinasız yanaşan yerli məmurlar var. Deyilənlərə görə, həmin ərazinin dayanacağa çevrilməsi nəticəsində orada 1 maşının saxlanılma haqqı 20 qəpikdən 1 manatadəkdir. Sutka ərzində isə orada 300-dək maşının saxlanıldığı, gündəlik yığılan 200-300 manat pulun bəzi məmurların əlavə gəlir mənbəyinə çevrildiyi söylənilir. Ən maraqlısı da odur ki yaranmış problemlərlə əlaqədar Gəncə şəhər Mədəniyyət Turizm İdarəsinin, eləcə Gəncə şəhər İcra Hakimiyyətinin Polis İdarəsinin rəhbərliklərinə ünvanlanmış çoxsaylı müraciətlərə, şikayət ərizələrinə məktublara hələ müsbət reaksiya verən tapılmayıb. Bütün bunlara görə adıçəkilən muzeyin gələcək acınacaqlı taleyi sözügedən məmurları qətiyyən narahat etmir. Bu səbəbdən obyektin durumu hərtərəfli problemlə üzləşməkdədir. Qədim paytaxtda qalmaqala səbəb olan digər bir məsələ isə Gəncəçayın yaxınlığındakı Qatır Məmməd bağında adıçəkilən qəhrəmanın şərəfinə ucaldılmış heykəlin 3 gündür "yoxa çıxması" aidiyyəti qurumların bundan "xəbərsiz olması" ilə əlaqədardır. Bildirmək istərdik ki, Gəncə ilə bağlı qəzetimizdə dərc etdirdiyimiz reportajda sözügedən bağın abidənin bərbad durumda olmasından da bəhs etmişdik. Ümid MTN-ə qalıb Füzuli rayonundakı tarixi-mədəniyyət memarlıq abidələri həm özümüzünkülərin, həm ermənilərin "misilsiz danılmaz xidmətləri" sayəsində tarixin arxivinə gömülməkdədir. Çünki adıçəkilən rayonun işğal altında olan ərazilərində 17 məscid, 5 türbə, 10 arxeoloji əhəmiyyətli abidə, 11 körpü karvansara ermənilər tərəfindən vəhşicəsinə talanaraq dağıdılıb. Zəbt olunmamış ərazilərdə isə 2 türbə 1 məscid var. 13-cü əsrdə inşa edilmiş Şeyx Babi Yaqub 14-cü əsrə aid olan Əhmədallar türbələrinin, eləcə Böyük Bəhmənli məscidinin binaları daim atəş altında olduqlarından uzun illərdir təmir-bərpa işlərinə məruz qalmayıblar. Bu səbəbdən sözügedən obyektlərdə ciddi problemlər yaşanır, onlar da uçulub-dağılmaq təhlükəsi ilə üz-üzə qalıblar. Məlumata görə, Füzuli rayon Mədəniyyət Turizm İdarəsi abidələrin məlum durumu barədə MTN-ə rəsmi müraciət ünvanlamaq fikrindədir. Adıçəkilən nazirliyin rəsmi icazə verəcəyi maliyyə vəsaitinin ayrılacağı təqdirdə yaxın zamanlarda obyektlərin təmir-bərpa işlərinə başlanılacağı da məlumatlarda öz əksini tapıb.

 

Həftə içi.- 2008.- 23 may.- S. 6.